Amerika kuklası bulanlıq sudan balıq tutur!

Cümə axşamı 6 İyul 2023 - 20:13
https://az.iswnews.com/?p=24012

Suriya Demokratik Qüvvələrinin baş komandanı Suriyanın Həsəkə şəhərindəki Strateji Araşdırmalar Mərkəzində çıxışı zamanı bəyan edib ki, kürdlərin beynəlxalq ictimaiyyət tərəfindən tanınan siyasi mövqe qazanması üçün real şans var.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Suriya Demokratik Qüvvələrinin (SDQ) baş komandanı Məzlum Əbdi iyulun 6-da Suriyanın Həsəkə vilayətindəki Rojava Strateji Araşdırmalar Mərkəzində (NRLS) çıxışı zamanı deyib: “Bu gün Yaxın Şərqdə dəyişikliklər baş verir və kürdlərin beynəlxalq ictimaiyyət tərəfindən tanınan siyasi status qazanması üçün real şans var. İstənilən məqsədə çatmaq üçün kürdlərin nailiyyətləri qorunmalıdır”.

Əbdi əlavə edib: “Lozanna müqaviləsi o dövrdə kürdlərin əleyhinə idi. Dövrün siyasi gücləri həmin müqavilə zamanı kürdlərin hüquqlarını istisna etməyə razılaşdılar və bu vəziyyət 100 il davam etdi”.

SDQ-nin baş komandanı İraqın Kürdüstan Bölgəsi və Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının vəziyyətini kürdlərin özlərini qorumaq cəhdlərinə misal çəkib və kürdlərin nailiyyətlərinin qorunub saxlanmasını vurğulayıb. O, həmçinin Türkiyə və İran kürdlərindən Suriya və İraqdakı kürdlərə dəstək vermələrini istəyib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir