Moskva ilə Vaşinqton arasında gərginlik; Suriyada Amerika dronları rus qırıcıları tərəfindən təqib edilib! + VİDEO
Amerika Terrorçularının Qərbi Asiyadakı Qərargahının yüksək rütbəli Hərbi Hava Qüvvələri rəsmisi iddia edib ki, Rusiya qırıcıları təhlükəli və qeyri-peşəkar davranışla Suriyanın şimal-şərqi üzərində üç Amerika dronunu təqib edib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Amerika Terrorçularının Qərbi Asiyadakı Qərargahının (CENTCOM) Hərbi Hava Qüvvələrinin komandanı general Aleks Qrinkeviç iyulun 5-də Rusiya qırıcılarının Suriyanın şimal-şərq bölgəsi üzərində üç Amerika dronu üçün təhlükəli və qeyri-peşəkar davranışların narahatlığa səbəb olduğunu açıqlayıb.
Onun sözlərinə görə, bu hərəkət Amerikanın üç MQ-9 dronunun Suriyada İŞİD terror qruplaşmasına aid hədəflərə qarşı missiya yerinə yetirərkən baş verib.
Qrinkeviç deyib: “Rusiya qırıcıları müəyyən edilmiş protokolların əksinə olaraq, MQ-9 dronlarını saman və fişənglər ataraq təqib etməyə və narahat etməyə başladılar. Bu hərəkətlər nəticəsində dronlarımız yayınma manevrləri etmək məcburiyyətində qaldı. Mən, Rusiya qüvvələrindən bu cür təhlükəli hərəkətləri dayandırmağı tələb etdim”.
Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi açıqlama verərək, Amerika dronlarının Suriya və Rusiya ordularının birgə təlim bölgəsinin hava məkanını 5 dəfə pozduğunu açıqlayıb. Nazirlik Rusiya qüvvələrinin Suriya səmasında Amerika dronlarının razılaşdırılmamış uçuşları səbəbindən təhlükəsizliyinə cavabdeh olmadığını vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl, iyunun 14-də Amerika Terrorçularının Qərbi Asiyadakı Qərargahı (CENTCOM) Rusiya ilə qarşıdurma bəhanəsi gətirərək komandanlığının məsuliyyət zonasına bu ölkənin F-22 Raptor qırıcılarını yerləşdirdiyini elan etmişdir.
Daha çox oxuyun: Amerika Qərbi Asiyada öz F-22 qırıcılarını yerləşdirdi + FOTO
Rəy