Fələstində baş verən son hadisələr, 6 İyul 2023

Cümə axşamı 6 İyul 2023 - 17:01
https://az.iswnews.com/?p=23991

Təl-Əvivin polis rəisi sionist rejimin sağçı kabinet üzvlərinin təhlükəsizlik işlərinə qarışması, həmçinin Netanyahuya qarşı etirazçıların daha sərt şəkildə yatırılması tələbinə etiraz olaraq istefa verib.

-İyulun 5-də sionist rejim Ordusunun sözçüsü Fransa mediasına müsahibəsində İsrailin Cenindəki hərbi əməliyyatının başa çatdığını elan etdi.

Daha ətraflı: Sionist rejimin Cenin düşərgəsindəki hərbi əməliyyatları sona çatdı

-İyulun 5-də İsrail rejiminin baş naziri Benyamin Netanyahunun ofisi bəyanat yayaraq, İsrail əsilli rus qadın vətəndaşının (Elizabet Surkov) İraqda Kətaib Hizbullah qüvvələri tərəfindən girov götürüldüyünü iddia edib.

Daha ətraflı: Netanyahu: İsrail əsilli rus qadın vətəndaşı İraqda girov götürülüb! + FOTO

-İyulun 6-da naməlum şəxslərin Livanın cənubundan işğal olunmuş Fələstinin şimalına raket hücumundan sonra sionist rejim Ordusu Livanın cənubundakı əraziləri hədəfə alıb.

Daha ətraflı: Livanın cənubundan işğal olunmuş Fələstinin şimalına raket hücumu; İsrail cavab verdi! + FOTO və VİDEO

-İyulun 5-də ivrit dilli mənbələr elan etdilər: “İsrail əsgərləri 1948-ci ildə işğal olunmuş ərazilərinə Cenindən üç bomba qaçaqmalçılığı ittihamı ilə bir fransız jurnalisti həbs etdilər”.

-Sionist rejim televiziyasının 13-cü kanalı elan etdi: “Tezliklə Nablusa qarşı Cenin əməliyyatına bənzər hərbi əməliyyat keçiriləcək”.

-İyulun 5-də Təl-Əviv polis rəisi Ami Aşod sionist rejimin sağçı kabinet üzvlərinin təhlükəsizlik işlərinə müdaxiləsinə etiraz olaraq, həmçinin Netanyahuya qarşı etirazçıların daha sərt şəkildə yatırılması tələbinə etiraz olaraq vəzifəsindən istefa verib.

-Son 24 saat ərzində ən azı 13 fələstinli sionist rejimin təhlükəsizlik qüvvələri tərəfindən silah saxlamaq və gəzdirmək, eləcə də İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə həbs edilib.

-Sionist rejimin Daxili Təhlükəsizlik Araşdırmaları Mərkəzi bir araşdırmada elan etdi: “Fələstinlilərin 80%-i Fələstin Milli İdarəsinin müqaviməti tərksilah etmək fəaliyyətinə qarşıdır və Ərinul-Usud kimi qrupların formalaşmasını alqışlayırlar”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir