Netanyahu: İsrail əsilli rus qadın vətəndaşı İraqda girov götürülüb! + FOTO
Sionist rejimin baş naziri bir İsrail əsilli rus qadının Bağdadda İranın dəstəklədiyi qüvvələr tərəfindən girov saxlanıldığını iddia edərək, onun səhhətinə görə İraq hökumətini məsul hesab edib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, sionist rejimin baş naziri Benyamin Netanyahunun ofisi iyulun 5-də verdiyi bəyanatda, İraqda Kətaib Hizbullah qüvvələri tərəfindən İsrail əsilli rus qadın vətəndaşının (Elizabet Surkov) girov götürüldüyünü iddia edib.
Bu bəyanatda bildirilir ki, o, hələ sağdır və hər bir hadisə baş verərsə biz İraqı ona görə məsul biləcəyik. İndiyədək İraq hökuməti və yüksək səviyyəli rəsmilər bu bəyanata reaksiya verməyiblər.
Yediot Aharanot qəzeti Elizabet Surkovun dostlarından birinə istinadən yazıb ki, o, İsrail ordusunun keçmiş əsgəri olub, 2006-cı ilin yayında Livanda Hizbullaha qarşı müharibədə (33 günlük müharibə) iştirak edib.
Bununla bağlı daha ətraflı məlumat dərc olunmayıb, lakin onun İraqa Rusiya pasportu ilə daxil olduğu və təxminən 4 ay əvvəl Bağdadın Əl-Kərradə bölgəsindəki idman zalından üç qadın hərbçi tərəfindən qaçırıldığı bildirilir.
Rəy