Suriyada ruslar və suriyalılar arasında birgə hərbi təlim keçirilir

Cümə axşamı 6 İyul 2023 - 07:20
https://az.iswnews.com/?p=23967

Suriyadakı Rusiya Barışıq Mərkəzinin rəhbəri Moskva və Dəməşq arasında Suriyada birgə hava təliminin keçirildiyini açıqlayıb.

Rusiyanın Suriyadakı Barışıq Mərkəzinin rəhbəri kontr-admiral Oleq Qurinov bildirib ki, Suriya və Rusiya qüvvələri iyulun 5-də birgə hava təliminə başlayıblar.

Qurinovun sözlərinə görə, bu birgə təlim altı gün davam edəcək. Bu təlim zamanı Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qüvvələri arasında koordinasiya, elektron müharibə və düşmənin hava hücumları ilə bağlı planlar həyata keçiriləcək.

Suriyadakı Rusiya Barışıq Mərkəzinin rəhbəri əlavə edib: “Amerika koalisiya qüvvələri son günlər Suriyanın şimalında dronlardan istifadə etməklə münaqişəsiz və uçuş təhlükəsizliyi ilə bağlı protokolları 9 dəfə pozub. Amerika koalisiya qüvvələrinin bu cür razılaşmaları pozması gərginliyi artırır, birgə və konstruktiv əməkdaşlığın azalmasına səbəb olur”.

Qeyd edək ki, Rusiya 2015-ci ildən Suriya silahlı qüvvələri və müttəfiqləri ilə birlikdə Suriya hökumətinə müxalif olan terror qruplaşmalarına qarşı döyüşlərdə iştirak edib. Son illər Moskva və Dəməşq qüvvələri tərəfindən Suriyanın müxtəlif bölgələrində tərəflərin hazırlıq səviyyəsinin və döyüş gücünün artırılması məqsədilə müxtəlif təlimlər keçirilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir