Sionist rejimin Cenin düşərgəsindəki hərbi əməliyyatları sona çatdı

Çərşənbə 5 İyul 2023 - 22:17
https://az.iswnews.com/?p=23951

Sionist rejim Ordusu İordan çayının qərb sahilində yerləşən Cenin məntəqəsində hərbi əməliyyatlarının başa çatdığını rəsmən elan edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, sionist rejim Ordusunun sözçüsü iyulun 5-də Fransa mediasına müsahibəsində İsrail Ordusunun Cenin məntəqəsindəki əməliyyatlarının başa çatdığını elan edib və deyib: “İsrail əsgərləri hazırda Cenin bölgəsini tərk ediblər”.

Sionist rejim Ordusunun sözçüsü Cenindəki “Ev və Bağ” əməliyyatının mürəkkəb və çətin olduğunu, lakin hədəflərinə çatdıqlarını ifadə edərək əlavə edib: “Bu əməliyyat nəticəsində Cenin şəhərinin 300 sakini həbs edilib, 12 fələstinli isə həlak olub”.

İvrit dilli mediaların bu əməliyyatın uğursuzluğunu və məqsədlərinə çatmadığını etiraf edərkən, İsrailin Cenindəki “Ev və Bağ” əməliyyatının sona çatdığı elan edilib. Haaretz qəzeti yazıb ki, Cenin əməliyyatı nə sionistlərə sülh gətirəcək, nə də İordan çayının qərb sahilindəki mövcud vəziyyəti dəyişəcək.

Bununla bağlı “Yediot Aharonot” qəzeti də vurğulayıb ki, sionist rejim Ordusu Şabakın axtardığı uzun siyahıdan yalnız Cenində axtarışda olan bir neçə nəfəri həbs etməyə nail olub.

Qeyd edək ki, sionist rejimin Cenindəki son əməliyyatı 2002-ci ildən bu yana bu bölgədə həyata keçirilən ən böyük hərbi əməliyyatdır. Fələstin mənbələrinin məlumatına görə, bu əməliyyata 3000-dən çox əsgər, 200 maşın və onlarla hava təchizatı cəlb olunubmuş.

İyulun 3-də səhər saatlarında başlayan bu əməliyyat nəticəsində 12 fələstinli şəhid olub, 120 nəfər yaralanıb. Həmçinin Cenində müqavimət qüvvələri ilə toqquşma zamanı “David Yehuda Isaac” adlı İsrail xüsusi təyinatlılarından biri öldürülüb.

Daha çox oxuyun:

Fələstin müqaviməti: Biz düşmənə cavab verməyə hazırıq

İsrailin Ceninə kütləvi hücumunda 58 şəhid və yaralı var + VİDEO və FOTO

Məqalə: İsrail rejimi Ceninə niyə hücum etdi?

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir