Kamikadze kvadrokopter; Ukraynada rusların yeni silahı + VİDEO və FOTO

Çərşənbə 5 İyul 2023 - 20:50
https://az.iswnews.com/?p=23939

Rusiya mətbuatının yaydığı yeni videoda Rusiya hərbi qüvvələri bir neçə kamikadze kvadrokopterlə Antonovski körpüsü yaxınlığında Ukrayna əsgərləri və onların qayığına hücum edir.

Rusiyanın yeni kamikadze kvadrokopterinin ümumi forması və təfərrüatlarının görüntüləri hələ ki, yayımlanmayıb. Bu kvadrokopterdə də digər kvadrokopterlər kimi dörd kiçik elektrik mühərriki var, onlardan ikisini videoda görmək olar. Zərbə zamanı kvadrokopterin kiçik qanadlarını qabaqlayan uzun çubuq da görünür, zərbə zamanı partlayıcıları işə salmaq üçün bu çubuqda zərbə qoruyucusu yerləşdirilib.

Digər məsələ bu kvadrokopterin yüksək sürətidir. Maksimum sürəti 22 km/saata bərabər olan normal qayığı hədəfə almağı nəzərə alsaq, kvadrokopterin sürətinin də eyni olduğunu güman etmək olar. Bu sürət kvadrokopter üçün adətən yüksəkdir. Ama sürəti artırmaq üçün quyruğuna əlavə edilmiş kiçik mühərriki nəzərə alsaq, bu, mümkündür.

Xerson şəhərinin şimal ətrafında Antonovski körpüsünün yeri
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir