Fələstin müqaviməti: Biz düşmənə cavab verməyə hazırıq
Fələstin Müqavimət Qruplarının Birgə Əməliyyat Otağı sionist rejim əsgərlərinin Cenin düşərgəsinə hücumlarına toxunaraq, bu rejimə xəbərdarlıq edib.
Sionist rejim Ordusunun Cenin düşərgəsinə hücumundan sonra Fələstin Müqavimət Qruplarının Birgə Əməliyyat Otağı bəyanat yayıb.
Bu bəyanatda Müqavimətin Birgə Əməliyyat Otağının Ceninə qarşı amansız hücumların təqibinə hər zaman hazır olduğu və müqavimətin bütün sahələrdə mövcud olduğu və düşmənin Cenində Fələstin xalqına qarşı hərəkətə keçməsinə və onları daha asan hədəfə almaq üçün parçalamasına imkan vermədiyi bildirilir.
Birgə Əməliyyat Otağı, işğalçı İsrail rejiminə qarşı yeni bir qəhrəmanlıq və şücaət nümayiş etdirən Cenin-in ali məqamlı şəhidlərini salamlayıb. Həmçinin, düşməni rüsvay etmək, işğalçıları əzmək əzmində olan Cenin qəhrəmanlarını təqdir etdiyini, düşmən qarşısında dayanan Fələstin xalqını təbriklədiyini vurğulayıb.
Bu bəyanatın sonunda bildirilib: “Başda Cenin düşərgəsi olmaqla bütün şəhərlərdə, kəndlərdə və düşərgələrdəki bütün xalqımızdan işğalçılara qarşı mübarizə aparıb Ceninə dəstək olmalarını xahiş edirik. İşğalçıların cinayətləri və təcavüzü davam edərsə, Fələstin müqaviməti bütün sahələrdə düşmənə cavab verməyə hazırdır. Ceninə hücumların davam etməsi və işğalçıların atacağı addımlar müqavimətin cavab növünü müəyyən edəcək”.
Qeyd edək ki, iyulun 3-də səhər saatlarında sionist rejim hərbçiləri “Ev Və Bağ” adlı əməliyyata başlayıb və Cenin düşərgəsindəki hədəflərə hücum edib. Bu hücumlar zamanı azı 8 fələstinli şəhid olub, 50 nəfər isə yaralanıb.
Daha çox oxuyun:
İsrailin Ceninə kütləvi hücumunda 58 şəhid və yaralı var + VİDEO və FOTO
Rəy