Ədəndə iğtişaşlar şiddətlənib

Bazar 2 İyul 2023 - 22:45
https://az.iswnews.com/?p=23861

Yəmənin Ədən şəhəri cümə axşamından etibarən silahlı qruplar və güc dalınca olan komandirlər arasında təhlükəsizlik və silahlı toqquşmaların növbəti mərhələsinə qədəm qoyub.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının yerli mənbələrə istinadən verdiyi məlumata görə, iyunun 30-da bir qadın Ədəndəki təhlükəsizlik komandirlərindən birinin oğlu tərəfindən təzyiqə məruz qalması barədə Əl-Muəlla polis bölməsinə şikayət etdikdən sonra qüvvələr bu adamın evinə gedib. Bu hərəkət tərəflər arasında zorakılıq və qarşıdurmalara səbəb olub və Hizam Əl-Əmni qüvvələrindən biri bu təhlükəsizlik komandirinin gülləsindən yaralanıb və xəstəxanaya aparıldıqdan sonra ölüb.

Bu hadisədən sonra Hizam Əl-Əmni qüvvələri bu təhlükəsizlik komandirini həbs edib cəzalandırmaq üçün onun iqamətgahına gedib və bu dəfə təhlükəsizlik komandiri Hizam Əl-Əmni qüvvələri tərəfindən öldürülüb.

Bu hadisə Ədən şəhərində xaosun davam etməsinə səbəb olub və indiyə qədər Şəəb bölgəsində Hizam Əl-Əmni qüvvələrinə aid silah anbarı partlayıb, Krater rayonundakı bir restoran isə yanıb.

Ədən şəhəri cümə günü axşam saatlarından şiddətli toqquşmaların şahidi olub ki, bu da Yəmənin işğal olunmuş bölgələrində təhlükəsizlik xaosuna dəlalət edir, bunun səbəbləri iqtisadi təzyiqlər və istefa vermiş Yəmən hökumətinin siyasi və təhlükəsizlik problemlərini həll edə bilməməsidir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir