İşğal altındakı Fələstində minlərlə sionist Netanyahuya qarşı aksiya keçirib
Minlərlə sionist işğal olunmuş Fələstinin Təl-Əviv və bir sıra digər şəhərlərində 26-cı həftədir ki, sionist rejimin baş nazirinin məhkəmə islahatları proqramına etiraz olaraq aksiya keçirib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, minlərlə sionist iyulun 1-də işğal olunmuş ərazilərin müxtəlif şəhərlərində sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı aksiya keçiriblər.
İsrail KİV-lərinə görə, bu aksiyada 130 mindən çox sionist iştirak edib və Benyamin Netanyahunun siyasətlərinə etiraz edib. Həmçinin, bu aksiya zamanı bir etirazçı sionistlərə hücum etmək iddiası ilə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Qeyd edək ki, martın 27-də İsrail rejiminin baş naziri bu rejimin məhkəmə sistemi ilə bağlı mübahisəli planının dayandırıldığını elan etsə də, işğal olunmuş Fələstinin müxtəlif şəhərlərində keçirilən sionist aksiyalarnda rejimin baş naziri Benyamin Netanyahunun məhkəmə islahatı planına və bəzi qərar və hərəkətlərə etiraz davam edir. Bu aksiyalar artıq 26-cı həftəyə daxil olub.
Daha çox oxuyun: İşğal olunmuş Fələstində 95 mindən çox sionist Netanyahuya qarşı nümayiş keçirib
Rəy