Vaqnerin Suriyadakı müstəqil fəaliyyəti sona çatdı
Amerika mediası iddia edib ki, Rusiya rəsmiləri Suriyanın yüksək səviyyəli komandirlərinə Vaqner qüvvələrinin bundan sonra Suriyada müstəqil fəaliyyət göstərməyəcəyi barədə məlumat veriblər.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Amerikanın “The Wall Street Journal” qəzeti diplomatik və kəşfiyyat mənbələrinə istinadən Moskvanın Bəşər Əsədə Vaqner qüvvələrinin Suriyada artıq müstəqil fəaliyyət göstərməyəcəyi barədə məlumat verdiyini iddia edib.
“The Wall Street Journal” da mənbələrə istinadən qeyd edilib: “Vaqnerin Suriyadakı qüvvələri Latakiyadakı Rusiya bazasına getmək əmrini yerinə yetirib. Moskva Bəşər Əsədə Vaqner qüvvələrinin bundan sonra Suriyada müstəqil fəaliyyət göstərməyəcəyi barədə məlumat verib”.
Bu KİV-in məlumatına görə, son qarşıdurmadan və Vaqner qüvvələri ilə Rusiya ordusu arasında baş verən münaqişədən sonra Moskva Vaqner qrupunun dünyadakı əməliyyatlarına tam nəzarət etməyə çalışır.
Qeyd edək ki, Vaqner qüvvələri 2015-ci ildən Suriyada mövcuddur və Suriya ordusu və müttəfiqləri ilə yanaşı İŞİD kimi terror qruplaşmalarına qarşı müxtəlif əməliyyatlarda iştirak edib. Bəzi yerli mənbələr 2022-ci ildə Suriya səhrasında Suriya qüvvələri ilə İŞİD ünsürləri arasında qarşıdurmaların artmasından sonra Homs səhrasında və Tedmor (Palmira) şəhəri ətrafında İŞİD-in gizli ünsürləri ilə mübarizə aparmaq üçün 1200-ə yaxın Vaqner qüvvələrinin yerləşdirildiyini açıqlayıb.
Daha çox oxuyun: Priqojin Belarus prezidentinin sülh təklifini qəbul edib; Vaqner geri çəkilib! + VİDEO və FOTO
Rəy