İraqda baş verən son hadisələr, 30 İyun 2023

Cümə 30 İyun 2023 - 18:35
https://az.iswnews.com/?p=23773

Həşd-Şəəbi Təşkilatının 12-ci briqadasının qüvvələri Bağdadın şimalında yerləşən Tarimiyyə bölgəsində bu ərazinin təhlükəsizliyini artırmaq və həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək üçün təhlükəsizlik əməliyyatına başlayıb.

1- Bağdad:

  • İyunun 27-də Amerikanın Bağdaddakı səfiri Alina Romanovski İraqın neft naziri Həyyan Əbdül Ğəni ilə görüşüb söhbət edib. Romanovskinin açıqlamasına görə, dünya bazarlarına tədarükün bərpası və İraq iqtisadiyyatının gücləndirilməsi üçün İraqın Türkiyədən neft ixracının bərpasının vacibliyi də onun İraqın neft naziri ilə məsləhətləşmələrinin mövzularından biri olub.
  • İyunun 29-da Həşd-Şəəbi Təşkilatının 12-ci Briqadasının qüvvələri Bağdadın şimalında yerləşən Tarimiyyə bölgəsində bu bölgənin təhlükəsizliyini artırmaq, həmçinin İŞİD ünsürlərini təqib edib həbs etmək məqsədilə təhlükəsizlik əməliyyatına başlayıb.

2- Kərkük:

  • İyunun 19-da İraq Ordusunun Baş Qərargah rəisi Əbdül Əmir Yarullahın başçılıq etdiyi təhlükəsizlik heyəti Kərkük vilayətinə daxil olub.
  • İyunun 25-də İraqın Təhlükəsizlik Xidmətinin İnformasiya bölməsi elan edib: İraqın Birgə Əməliyyatlar Qərargahının kəşfiyyat işlərinin gücləndirilməsi və terrorçu ünsürlərdən məlumat toplamaq üçün verdiyi əmrə əsasən, Kərkük vilayətinin Türklan bölgəsində 3 terrorçu aşkar edilib. Bu məlumata görə, İraq ordusunun qüvvələri əraziyə gələrək bu ünsürlərlə məşğul olub və nəticədə terrorçular həlak olub və partlayıcı kəmər partlayıb. Partlayıcı kəmərin partlaması nəticəsində İraq ordusunun bir əsgəri şəhid olub, bir zabit də yaralanıb.
  • İyunun 30-da Həşd-Şəəbi Təşkilatının 15-ci Briqadasının bir hissəsi bu ərazinin təhlükəsizliyini artırmaq məqsədi ilə Kərkükün cənub-qərbində yerləşən Əl-Rəşad bölgəsinə yerləşdirilib.

3- Süleymaniyyə:
İyunun 25-də İraq sərhəd mühafizə qüvvələrinin komandanlığı Süleymaniyyə vilayətində İraqa qeyri-qanuni yollarla daxil olmaq istəyən 5 əcnəbinin həbs edildiyini açıqlayıb.

4- Səlahəddin:
İyunun 24-də İraqın Həşd-Şəəbi Təşkilatının kəşfiyyat qüvvələri Əl-Şərqat rayonunda İŞİD terror qruplaşmasının iki üzvünü həbs edib.

5- İngiltərə Xarici İşlər Nazirliyi, nazirliyin Terrorla Mübarizə Departamentinin direktoru “Stiven Hitçenin” ölkənin İraqdakı səfiri vəzifəsinə təyin edildiyini açıqladı.

Daha ətraflı: İngiltərə təhlükəsizlik məmuru bu ölkənin İraqdakı səfiri oldu; Bağdaddakı yeni London səfirinin karyerası hansılardır?

6- İraqın Müqavimət Koordinasiya Komitəsi bir bəyanat yayaraq, Amerika işğalçılarının İraqda mövcudluqlarının davam etməsi və bu ölkədə qeyri-sabitlik və təhlükə yaratmaları ilə bağlı xəbərdarlıq etdi.

Daha ətraflı: İraq Müqaviməti Amerika işğalçılarına xəbərdarlıq etdi!

7- ABŞ Konqresi Respublikaçı millət vəkilinin Kürdüstan bölgəsinə hava hücumundan müdafiə sistemlərinin verilməsini dəstəkləyən qanunun düzəlişini təsdiqlədi.

Daha ətraflı: Amerika Kürdüstan bölgəsini müdafiə sistemləri ilə silahlandırmaq planını təsdiqlədi!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir