Məqalə: İraq müqaviməti Amerika işğalçıları ilə mübarizədən geri çəkilib?

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Cümə 30 İyun 2023 - 11:21
https://az.iswnews.com/?p=23765

İraq Müqavimət Koordinasiya Komitəsinin dərc etdiyi son açıqlamada bu ölkədə amerikalılara qarşı hücumların dayandırılmasından bəhs edilir; Bu mövzu son aylarda müqavimət medialarının coşqulu fəaliyyəti ilə, insanlarda çoxlu suallar doğurub.

ABŞ-ın Bağdaddakı səfiri Alina Romanovski bəzi siyasi partiyalara açıqlama verdikdən bir neçə gün sonra ABŞ-ın İraq qruplaşmalarının liderlərini, o cümlədən Ən-Nücəbə İslami Müqavimətinin baş katibi Şeyx Əkrəm Əl-Kəbini ABŞ-ın maraqlarına zərbə vurduqları üçün hədəfə ala biləcəyini açıqlamışdı. Bundan sonra İraq Müqavimət Koordinasiya Komitəsi bununla əlaqədar bəyanat yayımladı.

Bu bəyanatda bildirilir ki, Amerikaya qarşı əməliyyatların dayandırılması İraqda qeyri-qanuni və qeyri-leqal Amerika qüvvələrinin mövcudluğunun davam etməsini qəbul etmək demək deyil. Müqavimət komandirlərindən birini (Şeyx Əkrəm Əl-Kəbi) hədəfə almaqla həyasız təhdid kimi Amerikanın pozuntuları davam edərsə, qanuni və milli borcumuzu müvafiq cavabla yerinə yetirəcəyik.

Daha ətraflı: İraq Müqaviməti Amerika işğalçılarına xəbərdarlıq etdi!

Ancaq ortaya çıxan sual budur; Müqavimət Amerika əsgərlərinin İraqdan çıxarılması ilə bağlı tələb və məqsədlərindən geri çəkilibmi?

2020-ci il yanvarın 5-də İraq parlamenti bütün xarici qüvvələrin ölkədən çıxarılmasının zəruriliyi ilə bağlı həlledici səsvermə keçirib, lakin müxtəlif səbəblərdən bu qanun icra olunmayıb. İraq hökumətinin etinasızlığından sonra İraqda Amerika işğalçılarına qarşı mübarizə aparmaq üçün 15-dən çox müqavimət və xalq dəstələri yaradıldı.

Daha ətraflı: İnfoqrafik: İraq Müqavimət Dəstələri

Bu dəstələr indiyədək İraqdakı Amerika mövqelərinə və konvoylarına qarşı 322-dən çox hücum təşkil ediblər, lakin bu hücumlara baxmayaraq, İraq müqaviməti istədiyini Amerika tərəfinə diktə edə bilməyib. Baxmayaraq ki, müəyyən vaxtlarda keçmiş İraq hökuməti və ABŞ vaxt itirmək və İraqda Amerika hərbçilərinə hücum planının prioritetini azaltmaq üçün dramatik siyasi hərəkətlər və qərarlar qəbul etmək məcburiyyətində qaldılar; Amma bu məsələ İraq müqaviməti üçün kifayət etmədi və məqsədləri həyata keçirilmədi.

Bir müddət əvvəldən bir sıra region mediaları ABŞ-ın İranla razılaşmasının şərtlərindən birinin İraqda Amerika əsgərlərinə qarşı hücumların dayandırılması olduğunu bildirir. Bu məqalənin müəllifi hesab edir ki, İraq müqavimət qüvvələrinin amerikalı işğalçılara hücumlarını dayandırmaq planı, heç də İran-Amerika arasında məhdud razılaşma ilə əlaqəsiz deyil.

Görünən odur ki, İraq müqavimət dəstələri arasında bəzi siyasi məsələlərdə fikir ayrılığı var. Amerikalılarla qarşıdurma sahəsində də müzakirələr gedir; Bu mübahisələrin və müzakirələrin idarə olunması Şəhid Əbu Mehdi Əl-Mühəndis kimi şəxslərdən İraqın digər müqavimət dəstələri arasında ciddiliklə və lazımi siyasətləri götürərək strateji müzakirələrə rəhbərlik etməyi tələb edir.

İraqda qərarlar verməklə yanaşı, Tehrandakı səlahiyyətlilər də bununla bağlı müəyyən strategiya tərtib etməlidirlər ki, bu proses məmur və şəxslərin dəyişməsi ilə zədələnməsin. Amerika əsgərlərinin İraqdan çıxarılması prosesinə müxtəlif partiyalar arasında siyasi danışıqlar təsir etməməlidir; Bəzi məmurların bu mühüm məsələyə amerikalılara təzyiq rıçaqı kimi baxması onların siyasi baxışının zəifliyindən xəbər verir.

İraq məsələsində lazım olan şey, Amerika əsgərlərinin İraqdan çıxarılması prosesi ilə bağlı hərtərəfli, tam və müntəzəm plan hazırlamaq, habelə müqavimət qüvvələrini və xalqı işğalçılarla qanuni şəkildə mübarizə aparmaq üçün lazımi silahlarla silahlandırmaqdır.

Hər halda Amerikanın regiondan çıxarılması İran İslam Respublikasının strateji siyasətidir. Həmçinin, İmam Xamenei həmişə Amerika işğalçılarının regiondan, xüsusilə də İraqdan qovulmasını vurğulayır; Ona görə də Ali Baş Komandanın Amerika qüvvələrinin bölgədən çıxarılması ilə bağlı vurğulamasına görə, bu məsələ müqavimət cəbhəsi komandirlərinin daimi gündəmində olmalıdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir