Təhrir Əş-Şam İdlibdə 17 mülki vətəndaşı həbs edib
Suriyanın İdlib vilayətində yerləşən Sərməda şəhəri sakinlərinin Təhrir əş-Şam terror qruplaşmasına qarşı keçirdiyi etiraz aksiyası zamanı dördü qadın olmaqla 17 etirazçı Təhrir Əş-Şam təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İdlib vilayətində yerləşən Sərməda şəhərindəki düşərgədən olan bir neçə qaçqın iyunun 28-də Təhrir Əş-Şam tərəfindən bəzi şəxslərin həbsinə etiraz olaraq aksiya keçirib. Etirazçılar əvvəlki nümayişlərdə Təhrir Əş-Şam qüvvələri tərəfindən həbs edilən qohumlarının azad edilməsini tələb ediblər.
Bu etiraz aksiyası zamanı Təhrir Əş-Şam terror qruplaşmasının 106-cı bölməsinin qüvvələri düşərgəni mühasirəyə aldıqdan sonra dördü qadın olmaqla 17 etirazçını həbs edib. Təhrir Əş-Şamın ictimai təhlükəsizlik şöbəsi saxlanılanları ictimai asayişi təhdid etməkdə ittiham edərək, onları antiterror mərkəzinə təhvil verib.
Qeyd edək ki, Təhrir Əş-Şam nəzarətində olan bəzi bölgələrin sakinlərinin narazılığı son günlər bu qruplaşmanın təhlükəsizlik xidmətinin əməkdaşlarının bu bölgələrin sakinlərinə qarşı sərt hərəkətləri səbəbindən artıb. Çərşənbə axşamı (27 iyun) Sərməda şəhərində Təhrir Əş-Şamın son hərəkətlərinə qarşı etiraz aksiyası keçirilib və etirazçılar Təhrir Əş-Şam tərəfindən nümayişlərin yatırılmasına son qoyulmasını tələb ediblər.
Daha çox oxuyun: Son günlər Suriyanın şimalında Təhrir Əş-Şam terrorçularına qarşı etiraz aksiyaları keçirilir + VIDEO
Rəy