İdrus Əz-Zubeydi: Qərb Şimali və Cənubi Yəmənin reallığını qəbul etməlidir
Yəmənin Cənub Keçid Şurasının rəhbəri İdrus Əz-Zubeydi Guardian qəzetinə verdiyi müsahibədə Yəmənin Şimal və Cənub olmaqla iki ölkəyə bölünməsi üçün Qərb ölkələrini dəstəkləməyə çağırıb və onları Cənubi Yəməndə dəniz xətləri, limanlar və neft yataqları ilə təmin ediləcəyini və dəniz təhlükəsizliyinin qorunmasına əmin edib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Cənub Keçid Şurasının rəhbəri və istefa vermiş Yəmən hökumətinin Prezident Şurasının üzvü İdrus Əz-Zubeydi İngiltərənin “Guardian” qəzetinə müsahibəsində deyib: “Qərb, Yəmən şimalının husilərin (Ənsarullah), cənubunun isə Cənub Keçid Şurası tərəfindən idarə olunduğunu yeni bir reallıq kimi qəbul etməlidir”.
Əz-Zubeydi Yəməndə gözlənilən danışıqlarla bağlı deyib: “Bu müzakirənin fonunda Yəmənin yeni reallığı, xüsusilə də cənub bölgələri üçün cavablar olmalıdır. Danışıqlar əsasən 250 mindən çox insanın ölümünə səbəb olduğu təxmin edilən müharibədən çıxış yolu tapmaq istəyən Səudiyyə Ərəbistanının nəzarətindədir”.
O, danışıqlarında qərb ölkələrini əmin edib ki, Yəmənin cənubunda strateji əhəmiyyət kəsb edən dəniz xətləri, limanlar və neft yataqları cənubun rəhbərliyi altında təhlükəsiz olacaq. O, bu sahələrdə Birləşmiş Millətlər Təşkilatının və beynəlxalq qurumların bütün qanunlarını tətbiq edəcəyini bildirib. O, xəbərdarlıq edib ki, əgər biz orada olmasaq, bizi İran tərəfindən dəstəklənən və beynəlxalq ticarət üçün həyati əhəmiyyətli su yolu olan Bab Əl-Məndəb boğazına nəzarət edən husilər əvəz edəcək.
Cənub Keçid Şurasının rəhbəri həmçinin Cənub bölgələrinin müstəqilliyinə qədər BMT-nin və beynəlxalq hüququn nəzarəti altında referendum keçirəcəyinə söz verib. O, həmçinin səsvermə siyahılarını hazırlamağa hazır olduğunu açıqlayıb və əlavə edib ki, hərbi cinayətlərin araşdırılması üçün Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq edəcək.
Cənub Keçid Şurasının məqsədi indiki Yəmənin parçalanması və 90-cı illərdən əvvəl Cənubi və Şimali Yəmən sərhədlərinə qayıtmaqdır. Təbii ki, bu ikisinin bir çox intellektual və praktiki fərqləri var. Məsələn, Cənubi Yəməndə Yəmənin Bab Əl-Məndəb boğazından Həzərmut və Əl-Məhrə əyalətlərinə qədər cənub bölgələrini idarə edən ifrat sosialist hökuməti var idi, lakin Keçid Şurası rəqabət və münaqişə içərisində olan mötədil millətçilərdir. Digər bölgələrə nəzarət etmək üçün Səudiyyə koalisiyasının dəstəklədiyi fraksiyalar var, xüsusilə İslah partiyası, Əl-Qaidə terror qruplaşması, Tariq Saleh və s. Onlar deyirlər ki, heç bir siyasi-dini hərəkatı qəbul etmirlər, lakin Yəmənin cənub sakinlərinin ifrat qrupu olan Əl-Əmaləqə qüvvələri onlarla ittifaqdadır.
Yəməndə sülh danışıqları ciddiləşdikcə, cənublular öz tələblərini əldə etmək üçün daha çox çalışdılar və buna görə də İdrus Əz-Zubeydi bu yaxınlarda qərb ölkələri ilə məsləhətləşmək üçün İngiltərəyə səfər etdi və bu səfərin nəticələrinə Chatham House görüşü və tanınmış qərb mediası olan Guardian qəzetinə müsahibə daxildir.
Cənubluların bu istiqamətdə tərəfdarı ilk növbədə İngiltərə, ikincisi isə Birləşmiş Ərəb Əmirlikləridir. Səudiyyə Ərəbistanı onları qəbul etmək istəmir, çünki bu o deməkdir ki, səudiyyəlilər sonda şimal və qərb bölgələrinin nəzarətini Ənsarullaha, cənub bölgələrini isə Cənub Keçid Şurasına vermək üçün Yəmənə qarşı səkkiz illik müharibə tətbiq edib. Buna görə də Səudiyyə Ərəbistanı “Həzərmut Şurası” yaratmaqla cənubluları Həzərmut əyalətinə nəzarət etməkdən çəkindirməyə və Ədən, Mərib və Şəbvədə İslah Partiyası və Əl-Dər Əl-Vətən qüvvələri ilə səhnəni tarazlaşdırmağa çalışır. Əl-Qaidənin rıçaqları ilə Əbyən və Şəbvə əyalətlərinin çətin əldə edilən ərazilərində irəliləmək üçün güclərini sərf edirlər. Bəzi cənublular gələcək Yəmən danışıqlarının onlarla Ənsarullah arasında aparılacağını gözləyirlər, lakin Səudiyyə Ərəbistanı nəinki cənublulardan heç bir nümayəndəsini danışıqlara daxil etməyib, hətta istefa vermiş hökumətin də bu prosesdə heç bir rolu yoxdur.
Daha çox oxuyun: İdrus Əz-Zubeydi Chatham House-da: Mən cənub hökumətini bərpa etmək istəyirəm
Rəy