Amerika Kürdüstan bölgəsini müdafiə sistemləri ilə silahlandırmaq planını təsdiqlədi!
ABŞ Konqresi respublikaçı deputatın hava hücumundan müdafiə sistemlərinin İraqın Kürdüstan bölgəsinə göndərilməsini dəstəkləyən məsləhətini qəbul edib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyunun 21-də “2024-cü maliyyə ili üçün Milli Müdafiə Səlahiyyət Aktı”nın yekunlaşdırılması üzrə səsvermə zamanı ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi üzvü olan respublikaçı millət vəkili Don Bakonun İraqın Kürdüstan bölgəsinə hava hücumundan müdafiə sistemlərinin göndərilməsi ilə əlaqədar qanun düzəlişini təsdiqləyib.
Bakonun şərhlərinə əsasən, sözügedən düzəliş güclü ikitərəfli dəstəyə malikdir və ABŞ hökumətindən İraq Kürdüstanı qüvvələrini İranın artilleriya, raket və dron hücumlarına qarşı təlim və təchizat planı hazırlamağı və həyata keçirməyi tələb edir.
Bununla bağlı İraq parlamentinin üzvü Casim Əl-Musəvi ABŞ-ın bu hərəkəti ilə bağlı deyib: “Peşmərgə qüvvələrinə hava hücumundan müdafiə silahlarının verilməsi beynəlxalq qanunlara ziddir. İraqda heç bir partiya və ya daxili qrup, mərkəzi hökumətin xəbəri və iştirakı olmadan idarəçilik məsələlərində digər ölkələrlə birbaşa işbirliyi etmək hüququna malik deyil. İraqın Kürdüstan bölgəsini silahlandırmaq qərarı ölkənin daxili işlərinə qarışmaq deməkdir”.
Qeyd edək ki, ABŞ Konqresinin bu qərarı bu ölkənin İraq ordusunun xarici hücumları dəf etmək üçün qabaqcıl hava hücumundan müdafiə silahları almasına həmişə qarşı çıxdığı və bundan imtina etdiyi bir vaxtda qəbul edilib. Bağdad hökumətinin gözündən yayınan bu razılaşma bir çox reaksiyalara səbəb olmuş və bir sıra İraq parlamentariləri Vaşinqtonun bu qərarla İraqın müstəqilliyini pozmağa, daxili təhlükəsizliyini aradan aparmağa çalışdığını tənqid etmişlər!
Rəy