Təhrir Əş-Şam İdlibdə Hizbullaha bağlı bir qrupun həbs edildiyini iddia etdi + FOTO
Təhrir Əş-Şam qruplaşmasının təhlükəsizlik bölməsinin sözçüsü iddia edib ki, bu qruplaşma qüvvələri İdlib əyalətində Livan Hizbullahı ilə əlaqəli bir qrupun müəyyən edilərək həbs edilməsinə nail olub.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Təhrir Əş-Şam terrorçularının təhlükəsizlik bölməsinin sözçüsü “Ziya Ömər”in bəyanatında deyilir: “Təhrir Əş-Şamın təhlükəsizlik qüvvələri son günlərdə İdlib ətrafı və Hələbin şimal bölgələrində şübhəli hərəkətlər müşahidə edib”. Ziya Ömərin sözlərinə görə, bu hərəkətlərin Livan Hizbullahına bağlı qrupla əlaqəli olduğu yaxın zamanlarda bəlli olub və üzvləri həbs olunub.
Ziya Ömər iddia edib ki, bu qrup əvvəllər Suriya kəşfiyyatına, sonra isə Rusiya kəşfiyyatının xeyrinə çalışıb, son günlər isə Livan Hizbullahı üçün işləyib.
Hesabata görə, bu qrupun fəaliyyəti terrorçuların və fəal idarəçilik mərkəzlərinin müəyyən edilməsinə həsr olunub. Ziya Ömər iddia edib ki, bu qrup İdlibin ətrafında və Hələbin şimal kənarında bəzi terrorçuları da öldürməyi planlaşdırıbmış.
Son həftələr Təhrir Əş-Şamın fəaliyyətindən narazılıqlar artıb və etirazçıların fəaliyyətini Təhrir Əş-Şamın qeyri-qanuni hesab etdiyi cərəyanlarla əlaqələndirmək ehtimalı heç də çətin görünmür.
Qeyd edək ki, bir müddət əvvəl Firqətül-Ğürəba video yayımlayaraq bu qruplaşmanın fəaliyyətini İŞİD-ə aid etmək barədə Təhrir Əş-Şama xəbərdarlıq etmişdi. Bu arada, etirazçıların fəaliyyətinin Hizbullah kimi cərəyanlara aid edilməsi, Təhrir Əş-Şamın nəzarətində olan ərazilərdəki kritik vəziyyətdən çıxmaq üçün yaxşı bəhanə olması ehtimalı verilir.
Rəy