Suriyadakı Rusiya Barışıq Mərkəzi: Rusiyanın hücumları nəticəsində 65 terrorçu həlak olub

Çərşənbə axşamı 27 İyun 2023 - 14:13
https://az.iswnews.com/?p=23684

Rusiyanın Suriyadakı Barışıq Mərkəzinin müavini bəyan edib ki, Suriyanın şimal-qərbində Rusiya hərbi təyyarələrinin hücumları nəticəsində azı 65 terrorçu həlak olub.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Suriyadakı Rusiya Barışıq Mərkəzinin müavini admiral Oleq Juravlov keçirdiyi mətbuat konfransında deyib: “Rusiya qüvvələrinin İdlibin deeskalasiya zonasında terrorçu qruplaşmalara qarşı hücumları nəticəsində dörd qərargah və silah anbarı dağıdılıb, həmçinin 65 terrorçu öldürülüb”.

O əlavə edib ki, İdlibin deeskalasiya zonasında fəaliyyət göstərən terrorçu qruplaşmalar Suriya hökumətinin nəzarəti altında olan ərazilərə dron və reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə hücum etmək cəhdlərini dayandırmır.

Qeyd edək ki, İdlibdə yerləşən terrorçu qruplaşmalar iyunun 23-də iki dronla Latakiya vilayətinin “Əl-Qərdaha” və Həma vilayətinin “Deyr Şamil” bölgələrini hədəfə alıblar. Bu hücumlar zamanı bir mülki şəxs şəhid olub, daha iki nəfər isə yaralanıb. Bu addımdan sonra Rusiya və Suriya hərbçilərinin terrorçuların mövqelərinə qarşı silsilə hücumları başlamışdır.

Daha çox oxuyun:
Terrorçuların Latakiya və Həmaya dron hücumu nəticəsində 1 nəfər şəhid olub və 2 nəfər yaralanıb
Rusiya və Suriya orduları İdlibdəki terrorçuların mövqelərinə birgə hücum ediblər + VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir