Camaat-ül-Əhrar Pakistan qruplaşması liderlərinə sui-qəsd uğursuz oldu

Çərşənbə axşamı 27 İyun 2023 - 06:32
https://az.iswnews.com/?p=23649

Əfqanıstanın şərqində yerləşən Nənqərhar əyalətinin sərhədyanı ərazilərindən birində naməlum şəxslər tərəfindən əldəqayırma partlayıcı qurğu ilə Camaat-ül-Əhrar Pakistan qruplaşmasının yüksək səviyyəli komandirlərindən olan Atif Mehmənd və Qari İmran Orakzai sui-qəsdə məruz qalıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, “Təhrik-e-Taliban Pakistan”ın (TTP) müttəfiqlərindən biri olan Camaat-ül-Əhrar silahlılarının yerləşdiyi yerdə əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində Nənqərhar əyalətinin Qoşte şəhərində yerləşən Xoqyaxil sərhəd bölgəsində bu qruplaşmanın yüksək rütbəli komandirləri Atif Mehmənd və Qari İmran Orakzai də daxil olmaqla bir neçə üzvü, ölüb və ya yaralanıb. Yerli mənbələrin məlumatına görə, Qari İmranın hazırkı vəziyyəti ağır olsa da, Atif Mehməndin vəziyyətinin nisbətən yaxşı olduğu bildirilir.

Camaat-ül-Əhrar qruplaşması Əfqanıstanın Nənqərhar əyalətinin Momand Dara və Qoşte şəhərlərində, eləcə də şərqdə yerləşən Kunar əyalətinin bir hissəsində bir neçə bazası olan Təhrik-e-Taliban Pakistanın (TTP) qollarından biridir. 7 avqust 2022-ci ildə “Camaat-ül-Əhrar”ın lideri Ömər Xalid Xorasani amerikalılar tərəfindən öldürüldükdən sonra onun qətlinin icraçısı Təhrik-e-Taliban qruplaşması olması ehtimalı da gündəmə gəldi. Buna görə də, bu ehtimal “Camaat-ül-Əhrar”ın iki yüksək səviyyəli komandiri haqqında yenidən gündəmə gətirilib və bəzi mənbələr Qari İmran və Atif Mehməndin qətlinə görə “Təhrik-e-Taliban”ı məsul biliblər.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir