Hizbullah Livan cənubunda icra etdiyi əməlyyatın təfərrüatını açıqladı + VİDEO və FOTO
Livan Hizbullahı bəyanat yayaraq, Livanın cənubundakı “Zibqin” bölgəsi yaxınlığında İsrailə məxsus dronun vurulduğunu elan edib.
“İslam Dünyası xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyunun 26-da (yerli vaxtla) günorta saat 12:00-da Livan Hizbullah qüvvələri Livanın cənubunda yerləşən “Zibqin” qəsəbəsi yaxınlığındakı Vadi Əl-Əziyyə bölgəsində İsrail ordusuna məxsus dronu ələ keçirib.
Bu dron işğal altındakı Fələstinin şimalından Livanın hava məkanına daxil olub və müqavimət qüvvələri tərəfindən ələ keçirilmədən əvvəl Livanın hava məkanının təxminən 7 kilometr daxilinə uçub.
Hizbullah Livanın cənubunda İsrailə məxsus dronun ələ keçirilməsini bildirdikdən sonra İsrail ordusu elan etdi: “İsrail ordusunun adi fəaliyyəti zamanı Livanda bir dron qəzaya uğradı və onun məlumatlarının sızması ilə bağlı heç bir narahatlıq yoxdur”.
Bildirilir ki, İsrail hərbçiləri “Hizbullah” qüvvələri tərəfindən hədəfə alınan drona nəzarəti bərpa etmək üçün çox çalışsalar da, buna nail ola bilməyiblər.
Hizbullahın açıqlamasına görə, bu dron R-Copter 1000 adlanır və uzunluğu 170 sm, eni isə 200 sm-dir. Həmçinin, bu dron iki yüksək keyfiyyətli kamera ilə təchiz olunub.
Videosu Hizbullah tərəfindən yayımlanan dron iki qanadına yenilikçi şəkildə əlavə edilmiş yeni kvadrokopter növüdür. Deyəsən, bu dron xüsusi dizayna malik yeni drondur, yəqin ki, İsrail ordusunun tələbinə və ehtiyacına uyğun olaraq dizayn və istehsal edilib, çünki kvadrokopterin ucuna iki qanad və bir mühərrik əlavə edilib. Bu təchizatlar irəliləyərkən sürəti, uçuş müddətini və mənzilini artırır. Qanadların hərəkət qabiliyyəti də var ki, bu da güclü küləklərdə dronun dayanıqlığına kömək edir.
Yayımlanan görüntülər göstərir ki, bu dron müqavimət qüvvələrinin hədəfinə çevrildikdən sonra ələ keçirilib. Buna əsaslanaraq, Hizbullah qüvvələri tərəfindən elektron müharibədən istifadə edərək bu dronun vurulması fərziyyəsi rədd edilir.
Rəy