İraq Müqaviməti Amerika işğalçılarına xəbərdarlıq etdi!

Bazar 25 İyun 2023 - 21:32
https://az.iswnews.com/?p=23614

İraq Müqavimət Koordinasiya Komitəsi bəyanat yayaraq, Amerika işğalçılarının İraqda davamlı mövcudluqları və bu ölkədə qeyri-sabitlik və təhlükə yaratmaları ilə bağlı xəbərdarlıq etdi.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İraq Müqavimət Koordinasiya Komitəsi iyunun 24-də amerikalıların İraqda mövcudluğu ilə bağlı bəyanat yayıb.

Bu bəyanatda deyilir: “Amerikaya qarşı əməliyyatların dayandırılması qeyri-qanuni və qeyri-leqal Amerika qüvvələrinin İraqda mövcudluqlarının davam etməsini qəbul etmək demək deyil. Ölkədə baş verən son siyasi, təhlükəsizlik və iqtisadi proseslərin fonunda koordinasiya komitəsi əziz xalqın mənafeyinə diqqət yetirməyi vurğulayır. Bu mərhələnin həssaslığını və ondan keçmək zərurətini nəzərə alaraq, İraq müqavimətinin gördüyü tədbirlərdən biri də Amerikanın İraqdakı varlığına qarşı hərbi əməliyyatların dayandırılmasıdır. Amma bu, konstitusiyanı pozan bu qeyri-qanuni mövcudluğu qəbul etmək kimi qəbul edilməməlidir”.

İraq Müqavimət Koordinasiya Komitəsi bəyan edib: “Biz Amerikanın açıq təcavüz və İraqın daxili işlərinə müdaxiləsi və onun suverenliyinin pozulmasından xəbərsiz deyilik. Hərbi bazaların və döyüş qüvvələrinin və havadan hərbi addımların, xüsusən də casus dronların davamlı mövcudluğu, habelə şər yuvası olan Amerika səfirliyinin pisliklərin və mənəvi sapmaların yayılmasında və İraqın mədəni kimliyinə, dəyərlərinə və adətlərinə hücumda dağıdıcı rolu səbəb oldu ki, dini və milli borcumuza uyğun cavab verək. Müqavimət komandirlərindən birini (Şeyx Əkrəm Əl-Kəbini) hədəfə almaqla həyasızcasına təhdidlə misal olaraq Amerikanın qanun pozuntularının davam etməsi halında qanuni və milli borcumuzu layiqincə yerinə yetirməyi öz borcumuz hesab edirik”.

Bu bəyanatın davamında deyilir: “İraq hökumətinin vasitəçiliyini və bu hökumətin göstərdiyi səyləri nəzərə alaraq, qarşı tərəfə bu cür pozucu hərəkətləri dayandırmaq üçün son şansı vermək niyyətindəyik. Amma hər kəs bilməlidir ki, səbrin bir həddi var və hər hərəkətin bir cavabı olacaq”.

Bir müddət əvvəl İraq müqavimətinə yaxın mənbələr iddia etmişdilər ki, Amerikanın Bağdaddakı səfiri bəzi siyasi partiyalara, ABŞ, onun maraqları əleyhinə hücum etdiyinə görə, Ən-Nücəba İslami Müqavimət Təşkilatının baş katibi Şeyx Əkrəm Əl-Kəəbi başda olmaqla İraq Müqavimət dəstələrinin liderlərini hədəfə ala biləcəyini elan etmişdi. Bu təhdid Ən-Nücəba baş katibinin Amerika səfirinin İraqın vəkili və qəyyumu kimi fəaliyyət göstərməsinə icazə verməyəcəyini açıq şəkildə bəyan etdikdən sonra edilmişdir. Beləliklə bundan sonra İraq Müqavimət Koordinasiya Komitəsi kəskin bəyanat yayımladı.

Qeyd edək ki, İslam Dünyası Xəbərlərinin araşdırmalarına görə, İraq Müqavimət dəstələri son 9 ayda İraqda Amerika karvanlarına və mövqelərinə qarşı cəmi 10 hücum təşkil edib ki, bu da son illərlə müqayisədə xeyli azalıb.

Daha çox oxuyun: İnfoqrafik: 2022-ci ildə İraq Müqavimət Dəstələrinin ABŞ qüvvələrinə qarşı əməliyyatları

Hücumların əhəmiyyətli dərəcədə azalmasından sonra İraq mediası “Bağdad Əl-Youm” iddia edib: “İraq Müqavimət dəstələri İraqın baş naziri Məhəmməd Şia Əl-Sudanini dəstəkləmək üçün bu ölkədə Amerika əsgərlərinə qarşı hücumlarını dayandırıb. Bağdad Əl-Youm əlavə edib: “Əl-Sudani ilə Müqavimət dəstələri arasında aparılan gizli danışıqlarda İraqın baş naziri onlara diplomatiya yolu ilə Amerika əsgərlərini İraqdan çıxaracağına söz verib”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir