Ukraynanın şimalında, şərqində və cənubunda gedən döyüşlərdən ən son xəbərlər, 5 Mart 2022-ci il + Xəritə

Şənbə 5 Mart 2022 - 23:49
https://az.iswnews.com/?p=2360

Ukraynanın hərbi xəritəsində ən son sahə dəyişikliklərini izləyin

Ukraynadakı müharibədən on gün keçir və indi cəbhələrdə vəziyyət və qüvvələrin düzülüşü əvvəlki günlərlə müqayisədə daha aydın görünür.
Gördüyünüz xəritə münaqişə xətlərinin son vəziyyətini və təsdiqlənmiş son xəbərlərə əsasən qüvvələrin düzülüşünü göstərir.

Bu xəritədə dəyişikliklərin çoxu Luqansk vilayətinin şimalında, Donetsk vilayətinin cənubunda Mariupolun şimalında və Zaporojye vilayətinin şərqində baş verib. Həmçinin şimalda, Kiyevin şərqində və Çerniqov və Sami bölgələrində xəritə yenilənib.

Son günlər Rusiya qüvvələrinin Kozulet, Bubrovitsia, Permo ərazilərində olması barədə məlumatlar yayılıb. Bu ərazilərdə vəziyyət əsasən qeyri-müəyyəndir, lakin rus zirehlərinin hərəkətini izləməklə vəziyyəti ümumi ehtimal vermək olar.

Çerniqov vilayətindəki vəziyyət

Kiyev ətrafında Rusiya qüvvələri Kiyevin qərbindəki İrpinə yenidən daxil olub. Həmçinin, Ukrayna hərbi mənbələrinin verdiyi məlumata görə, Malin qəsəbəsi ətrafında üç nöqtədə Rusiya qüvvələri yerləşdirilib.

Kiyev ətrafındakı vəziyyət

Sami vilayətinin cənubunda, Trustyantz qəsəbəsi rus ordusunun nəzarətinə keçib. Rusiya qüvvələri vilayətin qərb hissəsindən daxil olaraq irəliləyiblər. Rusiya qüvvələrinin Lebedin və Muskovski-Bubrikə hücumlarının uğurlu olmaması barədə məlumatlar var; Bununla belə, Hadiyaç və Zinkiev cəbhələrində Rusiya qüvvələrinin olması barədə məlumatlar yayılıb. İki gün əvvəl Hadiyaç bölgəsində bir neçə rus hərbçisi Ukrayna qüvvələri tərəfindən əsir götürülüb. Bu, Rusiyanın bu ərazilərdə mövcudluğundan xəbər verir.

Sami vilayətinin cənububdakı vəziyyət

Luqansk vilayətində son iki gündə çoxlu sayda kənd və rayon Luqansk qüvvələri və Rusiya ordusunun birgə keçirdikləri əməliyyatlar nəticəsində ələ keçirilib. İndi demək olar ki, Luqansk vilayətinin böyük hissəsi Rusiya və müttəfiqlərinin nəzarətindədir.

Luqansk vilayətindəki vəziyyət

Zaporojye və Donetsk bölgələrində son iki gündə Zaporojye vilayətinin şərqində və Donetsk vilayətinin cənubunda geniş ərazilər Rusiya və Donetsk qüvvələrinin nəzarətinə keçib. Edilən irəliləyişlərlə Zaporojye-Mariupol yolu tamamilə kəsilib. Həmçinin, Velnovoha və Mariupoldan dinc əhalinin təxliyəsi üçün nəzərdə tutulan atəşkəs başa çatdıqdan sonra qarşıdurmalar yenidən başlayıb və yaxın günlərdə Velnovaha və Mariupolun süqutu uzaq görsənmir.

Zaporojye vilayətinin şərqində və Donetsk vilayətinin cənubundakı vəziyyət və irəliləyişin sürəti

Yuxarıdakı izahatlara və Ukraynadakı müharibə xəritələrinə əsasən demək olar ki, Ukraynada 10 günlük müharibədən sonra ölkə ərazisinin təxminən 20%-i Rusiya ordusu və müttəfiqlərinin nəzarətinə keçib.

Daha çox oxuyun:

Ukraynanın şimalında, şərqində və cənubunda gedən döyüşlərdən ən son xəbərlər, 3 Mart 2022-ci il + Xəritə

Ukraynanın şimalında, şərqində və cənubunda gedən döyüşlərdən ən son xəbərlər, 1 Mart 2022-ci il + Xəritə

Ukraynanın şimalında, şərqində və cənubunda gedən döyüşlərdən ən son xəbərlər, 28 Fevral 2022-ci il + Xəritə

Ukraynanın şimalında, şərqində və cənubunda gedən döyüşlərdən ən son xəbərlər, 27 Fevral 2022-ci il + Xəritə

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir