Təhrik-e-Talibanın mənəvi atası Pakistan təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində yaralanıb + FOTO və VİDEO

Bazar 25 İyun 2023 - 18:10
https://az.iswnews.com/?p=23574

Pakistanın terrorla mübarizə qüvvələrinin (CTD) İslamabaddakı Lal məscidi yaxınlığında keçirdiyi əməliyyat nəticəsində Əl-Hafsa İnstitutunun direktoru, Lal məscidinin imamı və Təhrik-e-Taliban Pakistan (TTP) qruplaşmasının mənəvi atası Moləvi Əbdül Əziz Bəluç, ağır yaralanıb və 3 mühafizəçisi həbs edilib.

Moləvi Əbdül Əzizin həyat yoldaşı Ümm-Hisan Pakistanın terrorla mübarizə qüvvələrinə xəbərdarlıq edərək, Təhrik-e-Taliban silahlılarından mənəvi atalarına hücumun qisasını almalarını və Pakistanın terrorla mübarizə qüvvələrinə sui-qəsd etmələrini istəyib. O, Pakistan hökumətini də hədələyib ki, bundan sonra onlar kamikadze qadınları qarşılarında görəcəklər.

Ümm-Hisanın Pakistan hökuməti və qüvvələrinə qarşı təhdidləri
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir