İşğal olunmuş Fələstində 95 mindən çox sionist Netanyahuya qarşı nümayiş keçirib

Bazar 25 İyun 2023 - 14:54
https://az.iswnews.com/?p=23558

Minlərlə sionist işğal olunmuş Fələstində ardıcıl 25-ci həftədir ki, sionist rejimin baş nazirinin məhkəmə islahatı proqramına etiraz edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, iyunun 24-də minlərlə sionist Təl-Əvivdə və işğal olunmuş ərazilərin bir sıra digər şəhərlərində Netanyahunun məhkəmə islahatları planlarına etiraz edib. Açıqlanan statistikaya görə, Təl-Əvivin Kaplan prospektindəki nümayişdə ən azı 95 min insan iştirak edib.

Təl-Əvivin ticarət mərkəzləri olan məntəqədə toplaşan nümayişçilər “İsrail yanır” və “Netanyahu demokratiya düşmənidir” adlı plakatlar qaldırıblar. Etirazçılar bu həftəki nümayişlərdə Ayalon prospektini bağlayıblar.

Qeyd edək ki, hər həftənin şənbə günləri işğal olunmuş Fələstinin müxtəlif şəhərlərində sionistlərin etiraz nümayişləri davam edir. Netanyahunun məhkəmə islahatı proqramına etiraz olaraq keçirilən bu mitinqlər artıq 25-ci həftəyə daxil olub. İsrail rejiminin baş naziri martın 27-də bu rejimin məhkəmə sistemi ilə bağlı mübahisəli planının dayandırıldığını elan edib, lakin sionistlərin etiraz nümayişləri davam edir.

Daha çox oxuyun:
Netanyahuya qarşı etirazlar davam edir

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir