Terrorçuların Latakiya və Həmaya dron hücumu nəticəsində 1 nəfər şəhid olub və 2 nəfər yaralanıb

Şənbə 24 İyun 2023 - 23:12
https://az.iswnews.com/?p=23488

Suriyanın Həma və Latakiya əyalətlərindəki ərazilərə terrorçuların iki dron hücumundan sonra bir mülki şəxs şəhid olub, iki nəfər yaralanıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İdlibdə yerləşən terrorçular cümə günü iyunun 23-də Latakiya vilayətinin “Əl-Qardaha” bölgəsini dronla hədəfə alıb. Bu hücum zamanı Suriya vətəndaşı şəhid olub. Daha bir nəfər yaralanıb. Əl-Qardaha bölgəsi Rusiyanın Latakiyada yerləşən “Hamimim” adlı hava bazasından 10 kilometr aralıda yerləşir.

Bununla əlaqədar olaraq, Suriya ordusunun bir zabiti SANA xəbər agentliyinə bildirib: “Terrorçuların dronla Əl-Qardaha xəstəxanası yaxınlığındakı əkinçilik ərazisinə hücumundan sonra “Məhəmməd Hani Sultanə” adlı 25 yaşlı mülki şəxs şəhid olub, digər mülki şəxs isə yaralanıb. Bu hücumda yaxınlıqdakı binalardan birinə də ziyan dəyib”.

Saatlar sonra Həma vilayətində yerləşən “Deyr Şamil” bölgəsi də terrorçuların dron hücumuna məruz qalıb. Hücum nəticəsində bir qadın yaralanıb və cüzi maddi ziyan dəyib.

Terrorçuların Həma və Latakiyaya dron hücumlarından sonra Rusiya döyüş qırıcıları Latakiyanın şimalında Təhrir Əş-Şam və Türküstan Partiyası terror qruplaşmasının mövqelərini hədəfə alıb. Rusiya aviasiyasının hücumları ilə eyni vaxtda Suriya ordusunun artilleriyası İdlibdə yerləşən Əl-Futeyrə, Kəfəravid, Sufohan, Kansafra və Benin bölgələrindəki terrorçuların mövqelərini də hədəfə alıb. Hələlik bu hücumlar nəticəsində ölənlərin sayı barədə məlumat verilməyib.

Suriyanın şimal-qərbindəki deeskalasiya zonası Rusiya ilə Türkiyə arasında 2020-ci ilin martında imzalanan atəşkəs sazişinə daxil edilsə də, bu bölgə Suriya ordusu ilə terrorçular arasında tez-tez bombardmanların və atışmaların şahidi olub. Həmçinin, son aylarda Təhrir Əş-Şamın silahlı qüvvələri Hələbin qərbində və İdlibin cənubunda atəşkəsi pozaraq əməliyyatlar həyata keçirib və bu əməliyyatlar zamanı Suriya ordusunun bir sıra qüvvələri şəhid olub və yaralanıb.

Daha çox oxuyun:
Təhrir Əş-Şam terrorçuları Suriya ordusunun Latakiya vilayətinin şimalındakı qərargahına hücum edib + VİDEO və FOTO
İdlibin cənubunda Suriya ordusu ilə terrorçular arasında qarşıdurma baş verib

Orijinal ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir