Hərbi Məlumat: Anadolu Amfibiya Gəmisi (TCG Anadolu)

Şənbə 24 İyun 2023 - 08:46
https://az.iswnews.com/?p=23463

Anadolu amfibiya gəmisi (TCG Anadolu); Landing Platform Dock (LPD) proqramına əsaslanan və 1000 əsgər və şəxsi heyət, səkkiz yardımçı helikopter, üç dron, 13 tank və 81 zirehli texnikadan ibarət batalyon böyüklüyündə bir qüvvənin Türkiyə yaxınlığındakı üç dənizdə kritik bölgələrdə yerləşdirilməsi nəzərdə tutulmuş amfibiya hücum gəmisidir. Anadolu adı Anadolu yarımadasının adından götürülüb. Anadolu yarımadası Türkiyənin quru hissəsinin böyük bir həcmini təşkil edir. TCG Anadolu gəmisi Sədəf Gəmiqayırma Zavodu (Sedef Shipbuilding Inc) tərəfindən istehsal edilib və cari ildən xidmətə verilib.

Tarixçə:
TCG Anadolu amfibiya gəmisinin tikinti işlərinə 30 aprel 2016-cı il tarixində Sədəf Gəmiqayırma Zavodunda başlanılmış və 10 aprel 2023-cü il tarixində təşkil edilən nümayiş mərasimi ilə Türkiyə Hərbi Dəniz Qüvvələrinin xidmətinə verilmişdir. Türkiyə uzun müddətdir ki, amfibiya donanmasını gücləndirmək istəyirdi. Bu səbəbdən 1000 əsgər və şəxsi heyət, səkkiz yardımçı helikopter, üç dron, 13 tank və 81 zirehli maşından ibarət batalyon böyüklüyündə bir qüvvənin Türkiyə yaxınlığındakı üç dənizdə kritik bölgələrdə yerləşdirilməsi nəzərdə tutulması üçün LPD proqramını başlatdı.

2013-cü ildə Türkiyə İspaniyanın Navantia şirkətinin 500 milyon dollar dəyərində olan dizaynını Landing Platform Dock (LPD) tenderinin qalibi elan etdi. Bu gəminin dizaynı Türkiyə istehsalı olan silahlarla təchiz edilmiş “Xuan Karlos” helikopter gəmisi ilə eyni idi və Türkiyə də F35 qırıcılarının şaquli uçuş versiyası üçün uyğun eniş meydançasının yaradılması dizaynı axtarırdı. Navantia hərbi və mülki sektorlara xidmət edən İspaniya dövlət gəmiqayırma şirkətidir. Bu şirkət Avropada beşinci ən böyük gəmiqayırma şirkəti və dünyanın doqquzuncu ən böyük gəmi istehsalçısıdır. Həmçinin bu şirkətin dünyada bir neçə gəmiqayırma zavodu var. Bu layihəni Türkiyədə qurmaq üçün “Navantia” və “Sədəf” şirkətləri arasında ortaq konsorsium yaradılıb və korpusun tikintisinə “Sədəf” şirkəti İspaniya şirkəti ilə birgə başlayıb.

Anadolu gəmisinin Sədəf Gəmiqayırma Zavodunda istehsalının son mərhələsindən

Gəmi Türkiyə Silahlı Qüvvələrinin uzun dəniz səfərləri, sahilə hücum və ya humanitar yardım əməliyyatları da daxil olmaqla müxtəlif ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub. Anadolu Türkiyə Hərbi Dəniz Qüvvələrinin komanda mərkəzidir ki, bu da bu qüvvələrin tacı hesab olunur.

İlkin planda Türkiyə Hərbi Dəniz Qüvvələri uçuş zolağının tullanma hissəsini çıxarmaq və uçuş zolağını qısaltmaq, onu yalnız helikopter istifadəsi üçün optimallaşdırmaq istəyirdi. Lakin F-35B STOVL qırıcısını almağa qərar verdikdən sonra o, ön tərəfində xizəklə tullanma rampası olan tam təchiz olunmuş uçuş zolağına üstünlük verdi.

Türkiyə F-35 Lightning II-nin inkişafına səbəb olan, Joint Strike Fighter (JSF) proqramında üçüncü tərəfdaş idi. Turkish Aerospace Industries (TAI) Danimarkanın Terma şirkətindən sonra F-35 qırıcı hissələrinin ikinci xarici tədarükçüsü olub. TAI F-35 qırıcısının mərkəzi gövdəsi, giriş qapıları və kompozit hissələrinin istehsalçısı olub. (Bu texnologiya transferi Türkiyədə 5-ci nəsil qırıcı və Kızıl Alma dron layihəsinin inkişafının əsas səbəbidir)

Türkiyə Hərbi Hava Qüvvələri F-35A CTOL versiyasını 110 təyyarə sayında almağı planlaşdırırdı, hətta bu sayını 120 təyyarəyə çatdırsa da, Türkiyənin qeydə alınmış sifarişi Texasda 6 təyyarə və 1 ədəd F-35 təyyarəsinə çatdı və türk pilotu da ABŞ-da təlim keçərək çatdırıldı. Ta ki, ABŞ CAATSA sanksiyaları altında olan Rusiyadan S-400 raket sistemi alması səbəbindən bu qırıcının Türkiyəyə ixracını əngəlləyənə qədər. Türkiyənin Müdafiə Nazirliyi daha əvvəl F-35-in şaquli uçuş versiyasını almaqda maraqlı olduğunu bildirmişdi və bu qırıcının təhvil verilə bilmədiyini nəzərə alaraq, qısa müddətdə F-35B STOVL versiyasının əvəzinə Türkiyə Donanması Bayraktar TB3 kimi yerli istehsaldan istifadə edəcək. Qırıcıların göndərilməsinin və pilotların hazırlığının dayandırılmasına baxmayaraq, qırıcının gövdəsinin və mühərrikinin əsas hissələrinin çatdırılması ilkin müqaviləyə əsasən 2022-ci ilə qədər davam edib.

Dizayn və xüsusiyyətlər:
Qeyd edildiyi kimi, bu gəmi “Xuan Karlos” helikopter daşıyıcısı əsasında inşa edilmiş və əvvəlcə yalnız vertolyotların daşınması üçün optimallaşdırılmışdır. Amma Türkiyənin yanaşma tərzinin dəyişməsi ilə bu gəmi də dəyişikliklərə məruz qaldı, o cümlədən qarşısında xizəklə tullanma rampası olan tam təchiz olunmuş uçuş zolağı yaradıldı. Bu gün helikopter və dron daşıma qabiliyyəti ilə yanaşı, tank və zirehli texnika daşıma qabiliyyətinə malik olan bu gəmi, əslində, “Anadolu” amfibiya hücum helikopter daşıyıcısıdır.

Bu gəminin tikintisində müxtəlif şirkətlər, o cümlədən korpusun tikintisinə cavabdeh olan Sədəf şirkəti iştirak edib. Aselsan şirkəti bu layihədə radar, sensorlar və elektron avadanlıqların logistik dəstəyi ilə yanaşı dizayn və istehsalın birləşməsinə cavabdeh idi. Həmçinin, Aselsan və Havelsan şirkətlərinin iştirakı ilə müharibə idarəetmə sisteminin birləşməsi sahəsində müqavilə imzalanıb. ARAS-2023 dalğıc aşkarlama sonarını təmin etmək üçün Türkiyənin Armelsan şirkəti də seçilib. Mühərrikin yaratdığı səs-küyü azaltmaq üçün Stopson Italiana mühəndislik şirkəti ilə daha bir müqavilə imzalanıb.

TCG Anadolu gəmisi 2 naviqasiya radarı, 1 SMART_T 3D axtarış radarı, 2 Alper gəmi radarı (LPI) və təyyarə aşkarlama və idarəetmə radarı ilə təchiz edilib. Leonardo SPN-720 radarı istənilən hava şəraitində təyyarələrin enişinə kömək edən eniş-radardır.
Həmçinin, Anadolu gəmisi elektron döyüş sistemi, Chaff və Flare atış sistemləri, Denizgözü AHTAPOT_S elektro-optik aşkarlama və müşahidə sistemləri və PIRI infraqırmızı axtarış və izləmə sistemi ilə təchiz olunub.
Anadolu gəmisinin rabitə sistemlərinə aşağıdakılar daxildir:
Daxili və xarici dəniz rabitəsi, data link sistemi, X-band, Ku-band, UHF peyk rabitə sistemi və dost-düşmən identifikasiyası [IFF] sistemləri.

“Anadolu” gəmisinin silah konfiqurasiyası hücum xarakterli deyil və “Stop and Slesan” tərəfindən istehsal edilən 5 ədəd 25 mm-lik zenit silahı, 2 ədəd Rayton Phalanx yaxın müdafiə sistemi (CIWS) və Rolling Airframe raket sistemi [RAM] raketlərindən ibarət müdafiə sistemlərinə əsaslanır. Həmçinin bu gəmidə HİZİR inteqrasiya olunmuş torpeda əleyhinə sistemi quraşdırılıb. Gəminin bütün hücum gücü daşıdığı tanklar və zirehli texnika ilə birlikdə helikopterləri və dronlarıdır.

“Anadolu” gəmisinin son dizaynına əsasən uzunluğu 231 metr, maksimum eni 32 metr, suya dayanma hissəsi 6,8 metr və hündürlüyü 58 metrdir. Bu daşıyıcının təyyarədaşıyıcı kimi istifadə edildiyi zaman çəkisi 24660 ton, maksimal sürəti isə 21,5 düyün, saatda 39,8 kilometrə bərabər olacaq. Amfibiya hücum gəmisi kimi istifadə edildikdə, Anadolu 27079 ton ağırlığında və saatda 54 kilometrə bərabər olan maksimum sürəti 29 düyün olacaq. Optimal və ya qənaətcil sürətə malik bu gəminin maksimum gedə biləcək məsafəsi 17000 km-ə bərabər olan 9000 dəniz milidir.

Gəmidə TEU konteynerləri və 27 Hücum Amfibiya Vasitələri (AAV) üçün 1880 kvadratmetr yüngül yük anbarı var. Həmçinin, Anadoluda 1165 kvadrat metrlik bir iskele var və bunun yerinə iki Eniş Kraft Hava Yastığı (LCAC) və ya dörd Mexanikləşdirilmiş Eniş Gəmiləri (LCM) və ya iki su freqatı yerləşə bilər. Anadoluda 29 Əsas Döyüş Tankı (MBT), amfibiya hücum maşınları və TEU konteynerləri olan ağır yüklərin saxlanması üçün 1410 kvadratmetrlik anbar var. Bu gəmi ARAS-2023 adlı Diver Aşkarlama Sonarı (DDS) ilə qorunur. “Anadolu”nun ekipajı 30 zabit, 49 gizir, 59 dənizçi (OT-4) və 123 digər rütbəli olmaqla 261 nəfərdən ibarətdir.

Yük yükləmək üçün su götürməzdən və qapını açmadan əvvəl amfibiya gəmisinin görüntüsü

Anadoluda 30 çarpayılıq xəstəxana, əməliyyat otaqları, diş müalicə bölmələri, rentgen avadanlığı, təcili və reanimasiya şöbələri, sterilizasiya otaqları var. Ona görə də Anadolu tərəfindən humanitar əməliyyatlar həyata keçirmək mümkündür.

Gəminin 5440 kvadrat metrlik tam təchiz olunmuş uçuş zolağı, altı enmə nöqtəsi və 990 kvadratmetrlik aviasiya anqarası var. Anadolu gəmisindəki hava avadanlığının tərkibi tam olaraq bilinməsə də, bu günə qədər bu gəmidə Kızılelma və Bayraktar TB3 SİHA kimi dronlar görülüb və yəqin ki, gələcəkdə Anka3 dronunun da yerləşəcəyini görəcəyik. Bayraktar TB3 SİHA dronu əslində geri çəkilə bilən qanadları olan və bu gəmidə istifadə üçün yenidən dizayn edilmiş və dəyişdirilmiş Bayraktar dronunun nümunəsidir.
Bu yerüstü və su hücum gəmisi müxtəlif dəniz patrul əməliyyatları və ya sahilə hücüm üçün göyərtədə yerləşən T129_ATAK, AH_W1 super kobra və SH_70B kimi hücum helikopterlərindən istifadə edir.
Anadolu gəminin uçuş göyərtəsində 10 helikopter və ya 11 TB3 SİHA dronu, anqarında isə 19 helikopter və ya 30 TB3 SİHA-ya ev sahibliyi edir.
Anadolu anqarda 12 orta ölçülü helikopter və ya Boeing CH-47F Chinook kimi 8 ağır helikopter saxlaya bilər. Həmçinin, aviasiya anqarı və yüngül yük qarajı təyyarələrə texniki qulluq üçün istifadə edildikdə, 25-ə qədər orta ölçülü helikopter daşımaq mümkündür. Digər tərəfdən, gəmi 10-a qədər F-35B STOVL döyüş qırıcısı və 12 orta ölçülü helikopter daşıya bilər və eyni zamanda gəminin uçuş göyərtəsində daha altı helikopteri qəbul edə bilər.

Anadolu gəmisinin texniki xüsusiyyətləri:
Uzunluğu: 231 metr
Eni: 32 metr, suya düşən hissəsi 6,8 metr
Hündürlüyü: 58 metr
Suya düşən hissəsi: 6,8 metr
Maksimum çəki: 27079 ton
Daşıya biləcək hava təchizatları: Kızılelma və Bayraktar TB3 SİHA dronları, T129_ATAK və AH_W1 super kobra və SH_70B hücum helikopterləri
İstehsalçı: Sədəf Gəmiqayırma Zavodu – İspaniyanın Navantia və Aselsan, HAVELSAN və Armelsan silah şirkətləri ilə əməkdaşlıqla
İstehsal: Türkiyə

Anadolu gəmisinin çox şəkilləri:

Mənbələr:
Turkey’s ‘Drone Carrier’ Amphibious Assault Ship Enters Service
Turkey selects Navantia’s Juan Carlos LHD design as winner of its LPD tender
TCG Anadolu
TURKEY SIGNS CONTRACT WITH NAVANTIA-SEDEF FOR THE CONSTRUCTION OF A LIGHT AIRCRAFT CARRIER
TCG Anadolu will be delivered today
Türkiye’nin Yeni Amiral Gemisi: TCG Anadolu

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir