İsrail ordusunun kimyəvi anbarında şübhəli partlayış olub! + FOTO və VİDEO

Şənbə 24 İyun 2023 - 06:18
https://az.iswnews.com/?p=23445

İbranidilli medialar sionist rejim ordusuna aid kimyəvi maddələr anbarında yeddi metr dərinlikdə çuxur yaradan güclü partlayışın baş verməsi barədə məlumat yayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İbrani mediaları iyunun 22-də Təl-Əvivin şimalında yerləşən Herzliya şəhərində güclü partlayışın baş verdiyini xəbər verib və sionist rejim polisinin təhqiqatına başlandığını elan edib.

Partlayışdan sonra İsrail polisi bölgədəki sionist mühacirlərdən zəhərli qazların daxil olmasının qarşısını almaq üçün evlərində qalmalarını və pəncərələrini bağlamalarını istəyib. Bu partlayışın yeddi metr dərinliyində çuxur yaratdığı deyilir.

Bir neçə saat sonra regional mənbələr Herzliyada baş verən böyük partlayışın köhnə yeraltı anbarda baş verdiyini və bu anbarda üç ton partlayıcının olduğunu bildirdilər.

Sionist ordusu özünə aid olan bu kimyəvi anbarın partlaması ilə bağlı istənilən xəbərin dərcini qadağan edib. Həmçinin bəzi yerli mənbələr partlayış yerinə yaxın ərazilərdə internet şəbəkəsinin bir neçə saatlıq kəsildiyini iddia edib.

Bu hadisənin qəribə tərəfi bəzi yerli sionist istifadəçilərin bu bölgəyə raket hücumu barədə xəbərdarlığı və iddiası idi; Lakin iddianı sübut edən heç bir sənəd təqdim edilməyib.

Bu hadisə ilə bağlı iki fərziyyə nəzərdən keçirilə bilər:

1- İsrailin hərbi-təhlükəsizlik qurumlarının göstərişlərinə əsasən, görünən odur ki, bu partlayış mütləq gizli və fərqli ölçülərə malikdir və İsrail rejimi saxta ssenari yaradaraq həqiqəti gizlətmək niyyətindədir. Həmçinin, sionist rejimin bölgədə dağıdıcı əməllərinin davam etməsi nəzərə alınaraq, bununla bağlı bölgə tərəflərinin cavab addımı atacağına dair bəzi fərziyyələr mövcuddur.

2- İbranidilli mediaların elanına görə, bu dəhşətli partlayış insan tələfatı olmadan baş verib; Bu məsələni və həmçinin İranın bu bölgəyə raket hücumu ilə bağlı qəribə xəbərin açıqlanmasını nəzərə alsaq, ehtimal etmək olar ki, İsrail rejimi terror aktlarının, o cümlədən təxribatların yeni mərhələsinin başlanmasına bəhanə yaratmaq üçün özü özünü vurur.

Hər halda, İranın son vaxtlar müsbət və siyasi fəaliyyəti, eləcə də İsrail rejiminin İran və ABŞ arasında hər hansı razılaşmaya qarşı olduqlarını rəsmən elan etməsi nəzərə alınaraq, sionistlərin son illərdəki kimi regional sabitliyi azaltmaq və İran təhlükəsizliyini regional və beynəlxalq dairələrdə şübhə altına almaq üçün addımlar atacağı gözlənilir. Bu, müqavimətin kəşfiyyat və təhlükəsizlik qurumlarının, xüsusən də İran İslam Respublikasının tam sayıqlığını tələb edən həssas məsələdir.

Hadisə yerindən video
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir