İdrus Əz-Zubeydi Chatham House-da: Mən cənub hökumətini bərpa etmək istəyirəm
Cənub Keçid Şurasının rəhbəri İdrus Əz-Zubeydi Londonda mətbuat konfransında deyib ki, o, Yəmənin prezidentliyi təklifini rədd edib, çünki o, hakimiyyətə can atmır, cənubun (Cənubi Yəmən) hökumətini bərpa etməyə çalışır.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Cənub Keçid Şurasının rəhbəri və istefa vermiş Yəmən hökumətinin Prezident Şurasının üzvü İdrus Əz-Zubeydi İngiltərənin paytaxtı, Londonda Chatham House İnstitutunda media işçiləri ilə görüşü zamanı Yəmən başda olmaqla, cənub bölgələrində baş verən son hadisələr haqda danışıb.
Yəmənin istefa vermiş hökumətinin Prezident Şurası ilə son gərginliklə bağlı suala cavab olaraq Əz-Zubeydi bildirib ki, biz bu Şura və onun rəsmiləri ilə tərəfdaşlıq məsələsinə yenidən baxış keçirəcəyik.
O, Səudiyyə Ərəbistanı tərəfindən Həzərmut Şurasının yaradılması ilə bağlı deyib: “Bizdə Həzərmut Şurası ilə bağlı heç bir təfərrüat yoxdur. Həzərmut şurası həm də cənubun azad dialoqunda iştirak edəcək cənub komponentlərindən biridir”.
Əz-Zubeydi istefa vermiş hökumətin dəyişilməsini qaçılmaz hesab edib və iddia edib ki, ona Yəmənin prezidenti olmaq təklif olunub, lakin o, hakimiyyət axtarışında deyil və cənub ölkəsinin bərpasını istəyir və bu mövqedən geri çəkilməyəcək.
O əlavə edib: “Cənubun müstəqilliyi beynəlxalq ictimaiyyət və regional güclərlə müzakirə olunacaq və bu mərhələdə Keçid Şurası fərdi olaraq heç bir addım atmayacaq. Bu şura həm də islami siyasi partiyaları cənubun təhlükəsizliyinə və ərəb ölkələrinin təhlükəsizliyinə təhdid hesab edir”.
Yəmənin istefa vermiş hökumətinin mövqelərinin zəifləməsi və cənub bölgələrində həyat şəraitinin pisləşməsi Cənub Keçid Şurası üzvlərinin bu fürsətdən istifadə edərək Cənubi və Şimali Yəmənin ayrılması məsələsini yenidən gündəmə gətirməsinə səbəb olub. Cənub Keçid Şurasının rəsmiləri Yəmənin ayrılmasını istəyir və bu baxımdan istənilən müxalif qüvvə ilə qarşılaşmağa hazır olduqlarını bəyan edir.
Qeyd edək ki, Chatham House İnstitutu dünyada baş verən strateji çağırışları və bu ölkənin təhlükəsizlik, iqtisadi və siyasi məsələləri, xüsusilə də xarici siyasətini təhlil edən İngiltərənin qeyri-hökumət fikir mərkəzidir.
Daha çox oxuyun: Cənub Keçid Şurası Yəmənin istefa vermiş hökumətinin Prezident Şurasına hərbi xəbərdarlıq edib + FOTO
Rəy