Suriyada baş verən son hadisələr, 23 İyun 2023
Raqqa vilayətinin Əl-Kəramə bölgəsində Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus avtomobilin yolunda yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində 3 SDQ əsgəri həlak olub.
1- Hələb:
– İyunun 17-də Türkiyə ordusu və onun himayəsində olan terrorçular Suriyanın Hələb vilayətinin şimalında yerləşən Təll-Rəəfət şəhəri və ətraf rayonlarını artilleriya hücumları ilə hədəfə alıb. Bu hücumlar zamanı Təll-Rəəfət xəstəxanası da hədəfə alınıb, bu zaman biri tibb işçisi də daxil olmaqla 4 mülki şəxs yaralanıb.
Daha çox oxuyun: Türkiyə Ordusu Suriyanın şimalına artilleriya zərbələri endirib; Dörd mülki şəxs yaralanıb + VİDEO
-İyunun 20-də Suriya Demokratik Qüvvələrinin (SDQ) Təll-Rəəfət ətrafında yerləşən mövqeləri Türkiyənin dəstəklədiyi terrorçular hədəfinə çevrilib.
2- İdlib:
-İyunun 16-da Suriya ordusunun İdlibin cənubunda yerləşən Əl-Barə qəsəbəsinə artilleriya zərbələri nəticəsində terrorçulardan biri öldürülüb.
-İyunun 22-də İdlibin cənubunda yerləşən Əl-Futeyrə bölgəsindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
3- Dəraa:
İyunun 17-də terror qruplaşmasının keçmiş üzvlərindən biri Dəraa şəhərinin cənubunda naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
4- Deyr əz-Zor:
İyunun 18-də Amerika koalisiyasının helikopterləri Əl-Şəhil bölgəsi üzərində uçuşlar həyata keçirib.
5- Raqqa:
İyunun 19-da Əl-Kəramə bölgəsində Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus avtomobilin yolunda yol kənarına qoyulmuş bombanın partlaması nəticəsində 3 SDQ əsgəri həlak olub. Hələlik heç bir qrup bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.
6- Həsəkə:
-İyunun 19-da Türkiyənin dəstəklədiyi terrorçular Təll-Təmər ətrafında Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqelərini hədəfə alıb.
-İyunun 20-də Türkiyə ordusunun dronları Həsəkə əyalətinin Qəhtaniyyə ətrafındakı Təll-Şəir kəndi yaxınlığında Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus avtomobili hədəfə alıb. Nəticədə bir komandir öldürülüb, bir nəfər isə yaralanıb.
Daha çox oxuyun: Türkiyə dron hücumu ilə Suriyanın Həsəkə əyalətinə hücum edib + XƏRİTƏ
7- İyunun 20-i və 21-də Qazaxıstanın paytaxtında Astana Beynəlxalq Toplantısının 20-ci mərhələsi keçirilib və toplantının sonunda İran İslam Respublikası, Rusiya, Türkiyə və Suriya bəyanat yayıb.
Daha çox oxuyun: Qazaxıstanın paytaxtında Astana Beynəlxalq Toplantısının 20-ci mərhələsi keçirilib
8- İyunun 21-də İsrail əsgərləri külək turbinləri qurmaq bəhanəsi ilə kənd təsərrüfatı sahələrinin işğalına etiraz etdikləri üçün işğal altındakı Suriyanın Qolan sakinləri ilə ardıcıl ikinci gün toqquşublar.
Daha çox oxuyun: İsrail əsgərləri ilə Qolan sakinləri ilə arasında qarşıdurma olub + VİDEO
9- İyunun 14-də Suriyadakı Rusiya Barışıq Mərkəzinin müavini admiral Oleq Juravlov bəyan etdi ki, İsrailin Dəməşqin ətrafına son hava hücumu nəticəsində iki anbar zədələnib.
Daha çox oxuyun: Suriyada Rusiya Barışıq Mərkəzi İsrailin Dəməşqə son hücumunun təfərrüatlarını açıqlayıb
10- İyunun 13-də Amerika terrorçularının Qərbi Asiyadakı qərargahı (CENTCOM) Suriyanın şimal-şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində 22 Amerika əsgərinin yaralandığını bir bəyanat yayımlayaraq açıqladı.
Daha çox oxuyun: Suriyada Amerikaya aid helikopter qəzaya uğradı; 22 hərbçi yaralandı! + FOTO
Rəy