İsrailin Ceninə dron hücumunda üç Fələstin müqavimət qüvvəsi şəhid olub + VİDEO və FOTO

Cümə axşamı 22 İyun 2023 - 18:29
https://az.iswnews.com/?p=23405

İsrailin Cenin şəhərinin şimal kənarında bir avtomobilə dron hücumundan sonra Fələstin müqavimət qüvvələrinin 3 üzvü şəhid olub.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, İsrailə məxsus Hermes 450 dronu iyunun 21-də İordan çayının qərb sahilində yerləşən Cenin şəhərinin şimal ətrafında Fələstin müqavimət qüvvələrini daşıyan avtomobili hədəfə alıb.

Bu hücum nəticəsində Fələstin müqavimət qüvvələrinin 3 üzvü “Suheyb Ədnan Əl-Ğul” (27 yaşlı fələstinli və Cenin batalyonunun cəbhə komandiri), “Məhəmməd Bəşər Uveys” (28 yaşlı fələstinli və Şuhəda Əl-Əqsa batalyonunun komandirlərindən biri) və Əşrəf Murad Əs-Səədi (17 yaşlı və Saraya Əl-Qüds qüvvələrinin biri) şəhid oldular.

Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Saraya Əl-Qüdsə bağlı Cenin batalyonu verdiyi açıqlamada belə bir axmaq qərarın ardınca düşmənin nəticələrini və cəzasını gözləməli olduğunu vurğulayıb. Cenin batalyonu həmçinin əlavə edib ki, bu cür sui-qəsdlər müqavimət qüvvələrinin əzmini zəiflətməyəcək.

Bununla bağlı İsrail ordusu bir bəyanatda belə elan edib: “İsrail dronları, İsrail ordusunun İordan çayının qərb sahilindəki nəzarət-buraxılış məntəqələrindən birində sərnişinləri atəş açan avtomobili hədəf alıb”.

Bu hücumdan sonra HƏMAS hərəkatının liderlərindən olan İsmayıl Rizvan deyib: “Cenində fələstinlilərə qarşı əməliyyatlarda helikopterlərdən istifadə edilməsi təhlükəli bir hadisədir və müqaviməti işğalçılarla bu bölgədə qarşıdurmanı gücləndirməyə çağırırıq”.

Həmçinin İslami Cihadın rəhbərlərindən Əbdül Cavad Əl-Əttar sionist düşmənin cinayətinə qarşı müqavimətin susmayacağını və Fələstin xalqını müdafiə etməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, bu, 2005-ci ildən sonra İordan çayının qərb sahilində dron ilə həyata keçirilən ilk sui-qəsd əməliyyatıdır. İordan çayının qərb sahilində anti-İsrail əməliyyatlarının artan tendensiyasını nəzərə alsaq, çox güman ki, bu tip dron əməliyyatı və Fələstin müqavimət qüvvələrinə qarşı sui-qəsd yenidən təkrarlanacaq; Bu, Fələstin müqavimət dəstələrindən sərt cavab tələb edən bir məsələdir və əgər İsrail rejimi uyğun bir cavab almazsa, hər zaman bu rejim tərəfindən İordan çayının qərb sahilində komandirlərin və müqavimət qüvvələrinin şəhid olmalarının şahidi olacağıq.

Daha çox oxuyun: Netanyahu anti-İsrail əməliyyatlarından qəzəblidir

Hadisə yerindən video
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir