Qazaxıstanın paytaxtında Astana Beynəlxalq Toplantısının 20-ci mərhələsi keçirilib
Qazaxıstanın paytaxtında keçirilən 20-ci Astana toplantısının sonunda İran İslam Respublikası, Rusiya, Suriya və Türkiyə nümayəndələri Suriyanın suverenliyi, müstəqilliyi, bütövlüyü və regional təhlükəsizliyinə davamlı sadiqliyini, terrorizmlə mübarizədə birgə əməkdaşlığı davam etdirməyi vurğulayaraq, qətiyyətlərini açıqlayıblar.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, Astana beynəlxalq toplantısının 20-ci mərhələsi iyunun 20-i və 21-də Qazaxıstanın paytaxtında keçirilib və İran İslam Respublikası, Rusiya, Türkiyə və Suriya toplantının sonunda bəyanat yayımlayıblar.
Yekun bəyanatda deyilir: “Suriya, Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin müavinlərinin məsləhətləşmələri konstruktiv olub və Türkiyə-Suriya münasibətlərinin bərpası üçün həll yollarının hazırlanmasında əldə edilən irəliləyişlər müzakirə edilib və nəzərdən keçirilib”.
Bu bəyanatda Suriya, Rusiya, İran və Türkiyənin müdafiə və xüsusi xidmət nazirlikləri ilə koordinasiyanın vacibliyi və bu istiqamətdə fəal səylərin davam etdirilməsi və bu prosesin yaxşı niyyət və mehriban qonşuluğa əsaslanan irəliləyişinin vacibliyi etiraf edilib. Həmçinin Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının iştirakı ilə bütün suriyalı qaçqınların təhlükəsiz, könüllü və ləyaqətlə geri qayıtmaları üçün münasib şəraitin yaradılması, siyasi prosesin aktivləşdirilməsi və humanitar yardımların Suriyanın hər yerində heç bir maneə olmadan ötürülməsinin təmin edilməsi vurğulanıb.
Zəmanətçi ölkələr Suriyadakı terror təşkilatları və qruplarının fəaliyyətini pisləyib və Suriyanın şimalında mövcud razılaşmaların tam şəkildə həyata keçirilməsini vurğulayıblar. Onlar həmçinin Suriyanın şimal-şərqində Suriyanın suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanmasına təminat verəcək şəkildə təhlükəsizlik və sabitliyin əldə edilməsinə dair razılaşmanı elan ediblər və yeni reallıqlar yaratmaq səylərinə, o cümlədən bəhanə ilə qondarma muxtariyyətlə bağlı qeyri-qanuni təşəbbüslərə qarşı çıxıblar. Həmçinin Suriyanın suverenliyini və ərazi bütövlüyünü zəiflətmək, qonşu ölkələrin milli təhlükəsizliyini təhdid etmək məqsədi ilə terrorizmin bütün forma və növlərinə qarşı mübarizə və separatçı planlara qarşı həyatı addım atmaqla bağlı əməkdaşlığın davam etdirilməsi vurğulanıb.
Bu bəyanatda Amerika işğalçılarının hər gün əldə etdiyi Suriya neftinə nəzarət üzrə qeyri-qanuni əməliyyata və İsrailin Suriya ərazisinə davamlı olaraq beynəlxalq qanunları və suverenliyi pozan hücumları bir daha pislənib.
Qeyd edək ki, görüşdən əvvəl Qazaxıstan Xarici İşlər Nazirliyi 20-ci mərhələnin Astana prosesində son dövr olmasını təklif etsə də, Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev mətbuat konfransında, görüşün sonunda Astana prosesinin təsirli olduğunu, özünü doğruldduğunu və davam edəcəyini bildirib. O, Astana prosesinin konkret bir yerlə bağlı olmadığına və daha sonra Suriya ilə bağlı görüşlərin davamı üçün yeni yerin müəyyən ediləcəyinə diqqət çəkərək, 6-ildən çox 20 mərhələdən ibarət 18 mərhələ danışıqlara ev sahibliyi etdiyi üçün Qazaxıstan hakimiyyətinə təşəkkür edib və yüksək qiymətləndirib. Lavrentyevin sözlərinə görə, Suriya üzrə növbəti görüş 2023-cü ilin ikinci yarısında keçiriləcək.
Qeyd edək ki, Suriya məsələlərinin müzakirəsi üzrə beynəlxalq Astana danışıqları 2017-ci ilin əvvəlində Qazaxıstanın paytaxtında başlayıb və indiyədək bu başlıq altında iyirmi görüş keçirilib. 2022-ci il noyabrın 22-də və 23-də Qazaxıstanın paytaxtında keçirilən bu danışıqların son mərhələsində BMT, İran, Rusiya, Türkiyə və Suriya ölkələri, eləcə də müşahidəçi ölkələr qismində Livan, İraq və İordaniya nümayəndələri iştirak etmişdilər.
Daha çox oxuyun: Qazaxıstanın paytaxtında 19-cu Astana Beynəlxalq Toplantısı keçirilib
Rəy