İsrail əsgərləri ilə Qolan sakinləri ilə arasında qarşıdurma olub + VİDEO
İsrail əsgərləri artıq ikinci gündür ki, işğal altındakı Qolan sakinləri ilə qarşıdurmadadır və onlara qarşı gözyaşardıcı qaz və tüstü güllələrindən istifadə edir.
İyunun 21-də İsrail əsgərləri külək turbinlərinin tikintisi bəhanəsi ilə kənd təsərrüfatı sahələrinin işğalına etiraz etdikləri üçün Suriyada işğal altında olan Qolan təpələrinin sakinləri ilə ardıcıl ikinci gün olaraq toqquşmadadılar.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, sionist qüvvələr Məsədə kəndinin şərqindəki Əl-Həfair bölgəsində işğal olunmuş Qolan sakinlərinin öz torpaqlarına daxil olmasına mane olub və onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Bir neçə saat əvvəl işğal altındakı Qolandan olan yüzlərlə insan “Əbi Zər Əl-Qifari” bölgəsinə toplaşaraq İsrailin cinayətkar təcavüzünə etiraz edib. İsrail ordusu “Nəhəng Turbinlər” layihəsinin həyata keçiriləcəyi kənd təsərrüfatı sahələrini mühasirəyə almaq üçün qüvvələrini yerləşdirib və bu kənd təsərrüfatı torpaqlarının sahiblərinin içəri girməsinə mane olub. Qarşıdurma nəticəsində İşğal olunmuş Qolan sakinləri ilə işğalçılar arasında gərgin münaqişə yaranaraq, onlarla insan yaralanıb.
Bununla bağlı Suriya Xarici İşlər Nazirliyi bəyanatında işğal altındakı Qolan sakinlərinin mövqelərini və İsrail işğalının külək turbinlərinin quraşdırılması bəhanəsi ilə bu ərazidə minlərlə hektar kənd təsərrüfatı sahəsini qəsb etmək planlarına qarşı çıxmasını yüksək qiymətləndirib. Bu nazirlik vurğuladı ki, Qolan Suriya və ərəblərindir və Suriya Ərəb Respublikasının ərazisinin ayrılmaz hissəsi olaraq qalacaq və onun ölkə ərazisinə qayıtması mütləqdir.
Qeyd edək ki, sionist rejim hər zaman dilə gətirdiyi külək turbini layihəsini həyata keçirmək bəhanəsi ilə uzun müddətdir ki, işğal olunmuş Qolanda güc tətbiq edərək bu bölgə sakinlərinin torpaqlarını bu ərazilərin vəziyyəti ilə bağlı beynəlxalq qətnamələri açıq şəkildə pozaraq müsadirə edir və hətta qəsəbələr salır. İşğal altındakı Qolan sakinləri də məcbur olub müxalifət və etiraz edir.
Rəy