Netanyahu anti-İsrail əməliyyatlarından qəzəblidir

Çərşənbə 21 İyun 2023 - 19:57
https://az.iswnews.com/?p=23382

İsrail rejiminin baş naziri Fələstin müqavimət qüvvələrinin sionistlərə qarşı son əməliyyatlarına toxunaraq, bu cür addımların cəzasının ölüm və ya həbs olacağını iddia edib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi saytının məlumatına görə, sionist rejimin baş naziri Benyamin Netanyahu özünün “Twitter” səhifəsində yazıb: “İsrail ötən aylarda sübut etdi ki, istisnasız bütün əməliyyatçılarla (anti-İsrail) və ona zərər yetirəcək hər kəslə hesablaşır, ya onu öldürür, ya da həbs edir”.

Qeyd edək ki, İordan çayının qərb sahilində yerləşən Nablus və Ramallah arasında yerləşən İli qəsəbəsində 3 fələstinli gəncin silahlı əməliyyatı nəticəsində azı 4 sionist həlak olub, 3 nəfər isə ağır yaralanıb. Bu əməliyyatdan sonra HƏMAS liderlərindən biri Əl-Cəzirə ilə söhbətində deyib: “Bu əməliyyatın icraçıları Kətaib Əl-Qəssam qüvvələrindən olub”.

Daha çox oxuyun: İordan Çayının Qərb Sahilində İsrail əleyhinə əməliyyat; Dörd sionist öldürülüb + FOTO və VİDEO

Netanyahu əməliyyatdan sonra əməliyyatlara dair birinci əldən məlumat aldığını iddia etdi və bu, İsrailin əməliyyatlara və ya hücumlara və atışmalara cavab verməsi üçün bütün variantların açıq olduğunu göstərir.

Qeyd etmək lazımdır ki, İordan çayının qərb sahilində hökm sürən təhlükəsizlik atmosferinə və İsrail rejiminin təhlükəsizlik aparatının davamlı səylərinə baxmayaraq, anti-İsrail əməliyyatları tendensiyası artmaqdadır və beləliklə, fələstinlilər tərəfindən İordan çayının qərb sahili və son aylarda işğal olunmuş Qüdsdə yüzlərlə anti-İsrail əməliyyatı həyata keçirilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir