İbrani mediası: İsrail və Rusiya İrana silah verməkdən çəkinməyə razıdırlar!

Çərşənbə axşamı 20 İyun 2023 - 08:52
https://az.iswnews.com/?p=23262

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ibranidilli media İsrail və Rusiyanın İrana bəzi silahların tədarükündən çəkinmək barədə razılığa gəldiyini iddia edib.

Sionist rejimin 12-ci kanalı iddia edib ki, İsrail və Rusiya Moskvanın bəzi silahları Tehrana çatdırmaqdan imtina etməsi ilə bağlı razılığa gəliblər.

Bu kanalın xəbərinə görə, İsrail Rusiyanın Ukraynada istifadə etdiyi deyilən İran dronlarını qəbul etmək müqabilində Rusiya tərəfindən İran Hərbi Hava Qüvvələrini qabaqcıl qırıcılar və hava hücumundan müdafiə sistemləri ilə təchiz etmə ehtimalından narahatlığını ifadə edib.

Bu ivritdilli media iddia edib ki, Tehran öz dronlarının çatdırılması müqabilində Rusiyadan silah tələb edir və İsrailin tələbi Rusiyanın bu istəklərə cavab verməməsi, əvəzində İsrailin Ukraynaya hücum silahları verməmək kimi hazırkı siyasətini davam etdirməkdir.

Sionist rejimin 12-ci kanalı Rusiya ilə İsrail arasında anlaşmanın hər iki tərəfin xeyrinə olduğunu vurğulayıb; Lakin onun sabitliyinə əmin olmaq mümkün deyil, xüsusən ona görə ki, zaman keçdikcə və Ukraynada müharibənin davam etməsi ilə Rusiyanın Tehrana silah ehtiyacının artacağı və bu halda tənliyin İranın xeyrinə dəyişəcəyi istisna edilmir.

Bu xəbərlər bəzi İran rəsmilərinin Tehranla Moskva arasında Rusiyanın SU(Suxoy) qırıcılarının tədarükü ilə bağlı razılaşmanın, bu qırıcıların tezliklə İrana təhvil veriləcəyini vurğulayarkən elan edilir.

Qeyd edək ki, bir neçə gün əvvəl sionist rejimin baş naziri Benyamin Netanyahu Knesset üzvləri ilə görüşündə İran və Rusiya münasibətlərini tənqid edərkən, Ukraynaya silah göndərilməməsinin səbəbini İranın bu texnologiyaları əldə etməsi qorxusunun olduğu demişdi. O, həmçinin İran və Rusiya arasında hərbi əlaqələrin genişlənməsindən narahat olduğunu bildirərək əlavə etmişdir: “Rusiya ilə səmimi və açıq söhbət etdim və bu ölkənin rəsmilərinə bildirdim ki, Təl-Əviv Tehran və Moskva arasında qabaqcıl texnologiyaların mübadiləsindən narahatdır”.

Daha çox oxuyun: Netanyahu: İranlıların əlinə düşməsin deyə, Ukraynaya silah vermirik!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir