İraqda baş verən son hadisələr, 20 İyun 2023

Çərşənbə axşamı 20 İyun 2023 - 06:16
https://az.iswnews.com/?p=23250

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın Səlahəddin əyalətində yerləşən Bici şəhərinin Əl-Siniyyə bölgəsində marşrutların yoxlanılması və yenidən açılması əməliyyatı zamanı İraq Ordusu qüvvələrinin yolunda bomba partladılıb. Nəticədə bir İraq əsgəri şəhid olub, bir nəfər isə yaralanıb.

1- Bağdad:
İyunun 17-də İraqın Təhlükəsizlik Xidmətinin informasiya bürosu F-16 qırıcılarının Bağdadın şimalında terrorçu ünsürlərə hava hücumu təşkil etdiyini açıqlayıb. Bu əməliyyatda bir neçə İŞİD terrorçusu məhv edildiyi, sığınacaqlarının aradan getdiyi bildirilir.

2- Əl-Ənbar:
İyunun 18-də Əl-Ənbardakı Həşd-Şəəbi əməliyyatlarının komandanı Qasim Muslih Əl-Ənbar vilayətinin qərb bölgələrində altı cəbhədə növbəti əməliyyatın başladığını elan edib. Onun açıqlamalarına görə, bu əməliyyat Neynəva vilayətinin ən şimal nöqtəsindən (Türkiyə sərhədi yaxınlığında) Əl-Ənbar vilayətinin cənubuna (İordaniya və Səudiyyə Ərəbistanı sərhədi) qədər həyata keçiriləcək.

3- Neynəva:
İyunun 18-də Nenəvadakı Həşd-Şəəbi Əməliyyatları Qərargahının komandanlığı elan etdi: “Kəşfiyyat və Məlumat İdarəsindən tutmuş əməliyyat briqadalarına qədər bu təşkilatın bütün bölmələri bu əməliyyatda iştirak edir. 21, 25, 44 və 60 saylı 4 briqada ordu qüvvələrinin dəstəyi ilə səhralarda və kəndlərin daxilində İŞİD terrorçularının sığınacaqlarını müəyyənləşdirib məhv etməyə çalışır”.

Daha çox oxuyun: Həşd-Şəəbi Neynəva və Əl-Ənbar əyalətlərində geniş əməliyyatlar keçirir + FOTO

4- Səlahəddin:
İyunun 18-də Bici şəhərinin Əl-Siniyyə bölgəsində yolların yoxlanılması və açılması zamanı ordu qüvvələrinin keçdiyi yolda bomba partladılıb, nəticədə bir İraq əsgəri şəhid olub, bir nəfər isə yaralanıb.

5- Kərkük:
İyunun 16-da İraqın Kəşfiyyat və Təhlükəsizlik İdarəsi İŞİD terror qruplaşmasının Kərkük vilayətində iki cəbhə komandirinin həbs edildiyini açıqlayıb.

6- İyunun 10-da İraqın Baş Naziri və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Məhəmməd Şəyya Əl-Sudani Həşd-Şəəbi qərargahında iştirak edərək təşkilatın komandirləri, müavinləri və qüvvələri ilə görüş keçirdi.

Daha çox oxuyun: İraqın baş naziri: Həşd-Şəəbi İraqın təhlükəsizlik və hərbi təşkilatlarının əsas sütunlarından biridir + FOTO

7- İyunun 11-də Türkiyə Müdafiə Nazirliyi bu ölkənin “Halil Şahin” və “Cem Ahməd Kaya” adlı iki əsgərinin İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı öldürüldüyünü etiraf edib.

Daha çox oxuyun: İraqın şimalında iki türk əsgəri həlak olub

8- İyunun 14-də İraqın Həşd-Şəəbi Təşkilatı bir video yayımlayaraq “M6” dronunun hərbi təlimdə olduğunu açıqladı. Bildirilir ki, bu dron İranın Mühacir 6 dronunun ixrac versiyasıdır, lakin İraqın Həşd-Şəəbi Təşkilatının ekspert qüvvələri tərəfindən bu İran dronda dəyişikliklər edilib.

Daha çox oxuyun: Həşd-Şəəbi İranın Mühacir 6 dronunun ixrac versiyasını istifadə edib + VİDEO

9- İyunun 19-da bildirilib: “İraqın Təhlükəsizlik qüvvələri İraq Ticarət Nazirliyinin əlaqələr üzrə direktorunu həbs edib. Təhlükəsizlik mənbəsi, Təhlükəsizlik qüvvələrinin Ticarət Nazirliyinin əlaqələr direktoru və onun sözçüsü Məhəmməd Hanunu həbs etdiyini bildirib. Mənbə həbsin səbəblərini korrupsiya ilə bağlı məsələlər fonunda irəli sürüb”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir