Əfqanıstanda məscidə terror hücumu

Şənbə 5 Mart 2022 - 19:54
https://az.iswnews.com/?p=2325

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin məlumatına görə, Əfqanıstanın Paktiya əyalətinin Dandaptan şəhərində məscidə edilən terror aktı nəticəsində 3 mülki şəxs şəhid olub, 20 nəfər yaralanıb.

Terror aktı martın 4-də, Paktiya əyalətinin Dandaptan şəhərindəki Xartum məscidində cümə namazı zamanı baş verib.

Hələlik heç bir şəxs və ya qrup bu terror aktına görə məsuliyyəti üzərinə götürməyib. Lakin İŞİD-in Əfqanıstan və Pakistanın müxtəlif şəhərlərində törətdiyi hücumların tarixini nəzərə alsaq, bu terror qruplaşması bu cür cinayətlərin törədilməsində əsas şübhəli sayılır.

Paktiada törədilən terror aktını Əfqanıstanın Kunduz, Qəndəhar, Nanqarhar, Kabil və Badqis əyalətlərindən sonra şiə və sünni məscidlərinə edilən yeddinci terror aktı hesab etmək olar.

Daha çox oxuyun:
Şiə məscidində partlayış + Yeniləndi

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir