İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 19 iyun 2023

Bazar ertəsi 19 İyun 2023 - 17:09
https://az.iswnews.com/?p=23218

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrailin İordan çayının qərb sahilində yerləşən Cenin düşərgəsinə hücumu nəticəsində 4 fələstinli şəhid olub, 45 nəfər isə yaralanıb.

İyunun 19-da İsrail əsgərləri Cenin düşərgəsinə hücum edib, bunun ardınca onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma baş verib, nəticədə 4 fələstinli şəhid olub, 45 nəfər yaralanıb.

Bu hücum zamanı müqavimətə aid yol kənarındakı bombalar İsrail ordusunun karvanının yolunda partlayıb, nəticədə bir neçə sionist əsgər yaralanıb. İsrail əsgərlərinin yolunda baş verən partlayış anının yerli jurnalistlər tərəfindən lentə alınaraq yayımlanan videosu beynəlxalq mediada böyük səs-küyə səbəb olub.

İsrail ordusunun maşınları yolunda bombanın partlama anı

İbrani dilli Walla xəbər saytının müxbiri bununla bağlı deyib: “İsrail ordusu Cenində bugünkü pusquya görə şoka düşdü, bu pusqu Hizbullah və Həmas pusqularına bənzəyirdi. Partlayan bombanın çəkisi 40 kiloya yaxın olub, zirehli avtomobilə ziyan dəyib və İsrail əsgərləri yaralanıb. Bu bomba Livanın cənubunda və ya Qəzzada istifadə edilən bombalara bənzəyir”.

Sionist rejim ordusu həmçinin Cenindəki bugünkü toqquşmalarda bu rejimin 5-dən 7-yə qədər patrul maşınının sıradan çıxdığını və onlara böyük ziyan dəydiyini açıqlayıb.

Həmçinin İsrailli hərbi analitik Amir Boxbut bu hadisəyə işarə edərək deyib: “Ceninə növbəti hücum İsrail qüvvələri üçün asan iş olmayacaq. Burada ortaya çıxan sual budur ki, İsrail ordusu və kəşfiyyatı fələstinlilərin bombalarından necə xəbərsiz idilər?”

Qarşıdurmaların davamında bir qrup İsrail əsgəri Fələstin müqavimət qüvvələrinin pusqusunda yaxalanıb və İsrail ordusu onları mühafizə etmək və daxili qüvvələrin geri çəkilməsinə yol yaratmaq məqsədilə helikopterlərdən istifadə edərək Cenin bölgəsini hədəf alıb. Bu, ikinci Fələstin intifadasından sonra (təxminən 20 il əvvəl) Ceninə ilk hava hücumudur.

İsrail ordusunun vertolyotunun Cenindəki hədəflərə hücumu anı

İsrailin hava hücumundan sonra Kətaib Əl-Qüds (Cenin Batalyonu) “Bes Əl-Əhrar” əməliyyatı çərçivəsində Cenin düşərgəsində fələstinlilərin evlərini hədəf alan və alçaq hündürlükdə patrulluq edən İsrail helikopterinin Cəbriyyət ərazisinin səmasında vurulduğunu açıqlayıb.

Cenində atışmaların sona çatdığı bir vaxtda İbrani mediası bugünkü qarşıdurmada yaralanan sionist əsgərlərin sayını 7 nəfər olaraq açıqlayıb. Cenindəki yaralı İsrail əsgərlərinin hərbi helikopterlə Hayfadakı Rambam xəstəxanasına aparıldığı bildirilir.

Yaralı israillilərin tibb mərkəzlərinə köçürülməsi anı
Fələstin müqavimət qüvvələri ilə İsrail əsgərləri arasında atışmadan
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir