Zelenski afrikalıların vasitəçiliyinə məhəl qoymadı; Putin Ukrayna ilə razılaşmanın təfərrüatlarını ifşa etdi!

Bazar ertəsi 19 İyun 2023 - 14:48
https://az.iswnews.com/?p=23213

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Vladimir Putin Rusiya ilə Ukrayna arasında vasitəçilik etmək məqsədi ilə Sankt-Peterburq və Kiyevə gedən Afrika ölkələrinin nümayəndə heyəti ilə görüşündə Zelenskinin əməl etmədiyi razılaşmanı ifşa etdi!

Rusiya prezidenti Vladimir Putin iyunun 17-də Rusiya ilə Ukrayna arasında vasitəçilik etmək məqsədilə Sankt-Peterburq və Kiyevə gedən Afrika ölkələrinin liderlərindən ibarət nümayəndə heyəti ilə görüşündə ilk dəfə olaraq Ukrayna müharibəsinin əvvəlində imzalanan razılaşma sənədlərini ifşa etdi.

Putin bu görüşdə açıqlayıb ki, 2022-ci ilin yazında Türkiyənin İstanbul şəhərində sülh sazişi imzalandıqdan sonra Rusiya qüvvələri sülh sazişi çərçivəsində Kiyev ətrafından və Ukraynanın nəzarəti altında olan bəzi ərazilərdən könüllü olaraq geri çəkilib. O əlavə edib: “Qərblilərin, o cümlədən o zaman İngiltərə baş naziri Boris Consonnun təsiri altında olan Zelenski isə, müqaviləni icra etməkdən imtina etdi və müqavilənin mətnində qeyd olunan şərtləri, o cümlədən daimi neytral olması və Ukrayna üçün təhlükəsizlik zəmanətlərini rədd etdi”.

Bu müqavilənin mətninə görə Çin, Rusiya, Amerika, İngiltərə, Fransa və Türkiyə dövlətləri onun qarantları olublar.

Cənubi Afrika, Seneqal, Zambiya, Komor adaları prezidentləri və Misir, Konqo və Uqanda nümayəndələrindən ibarət Afrika nümayəndə heyəti ilə görüşdə Putin Afrika ölkələrinin mötədil və balanslı yanaşmasını təqdir edib və Ukrayna ilə sülh danışıqlarına başlamağa hazır olduğunu bildirib. Bu arada Ukrayna prezidenti Vladimir Zelenski afrikalıların vasitəçilik tələbini rədd edib və Ukrayna torpaqlarının işğalçıları ilə danışıqları bu ölkə xalqının ağrı və acılarına əhəmiyyətsiz yanaşmaq kimi qiymətləndirib.

Afrika ölkələrinin vasitəçi olmasının əsas səbəbi Rusiya və Ukraynadan ərzaq ixracının azalması, həmçinin taxılın qiymətinin artmasıdır, çünki Ukraynadakı müharibə bu qitəyə ən çox təsir edən amillərdən olub.

Putinin açıqlaması Ukrayna və Qərb medialarının Rusiyanın Kiyev ətrafındakı döyüşlərdə məğlub olması, habelə Rusiya ordusunun Ukraynanın şimal cəbhələrindən qəfil geri çəkilməsi ilə bağlı ittihamlarını şübhə altına aldı və Ukraynanın əsl mənada Qərbin Rusiyaya qarşı proksi müharibəsi səhnəsi olduğunu göstərdi.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir