Sistan və Bəlucistanda İran sərhədçiləri ilə naməlum silahlı şəxslər arasında toqquşma olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikasının Sistan və Bəlucistan əyalətinin sərhəd qoşunlarının komandiri briqada generalı Rza Şucai əyalətin orta sərhədlərində İran sərhəd mühafizə qüvvələri ilə terrorçu qruplaşma silahlıları arasında silahlı qarşıdurmanın baş verdiyini açıqlayıb.
Sistan və Bəlucistan əyalətinin sərhəd qoşunlarının komandiri briqada generalı Rza Şucai kəşfiyyat əməliyyatı zamanı İran sərhədçilərinə silahlı terrorçu qrupun Mazur Zahedan sərhəd alayının ərazisindən İrana daxil olmaq niyyəti barədə məlumat verildiyini açıqlayıb. O əlavə edib: “Sərhəd Mühafizə Qüvvələri uyğun tənzimləmələr edərək və diqqətli plan şəklində lazımi yerə göndərildilər və terrorçulara qarşı qəfil əməliyyat həyata keçirdilər”.
Bu əməliyyat zamanı İran sərhədçiləri ərazini müəyyən etdikdən sonra terrorçulara qarşı məqsədyönlü pusqu qurublar, nəticədə bir nəfər ölüb, bir neçə terrorçu yaralanıb. Terrorçular İran sərhədçilərindən məğlub olandan sonra qarşı ölkəyə qaçıblar.
Rəy