Netanyahuya qarşı etirazlar davam edir
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, minlərlə sionist işğal olunmuş Fələstində ardıcıl 24-cü həftə olaraq sionist rejimin baş nazirinin məhkəmə islahatı proqramlarına etiraz edib.
İyunun 17-də Təl-Əvivdə və işğal olunmuş ərazilərin bir sıra digər şəhərlərində minlərlə sionist Netanyahunun məhkəmə islahatları planlarına qarşı etiraz aksiyası keçirib.
Netanyahu və bu planın tərəfdarları hesab edirlər ki, məhkəmə sistemi böyük gücə malikdir və müxtəlif icra hakimiyyətlərinin fəaliyyətinə ciddi təsir etməyə malikdir. Lakin bu islahatların təklifi işğal olunmuş Fələstinin böyük şəhərlərində buna qarşı geniş etirazlara səbəb olub.
Sionist rejim baş nazirinin bu rejimin məhkəmə sistemi ilə bağlı ziddiyyətli planlarını dayandırmaq barədə açıqlamasına baxmayaraq, Netanyahuya qarşı etirazların təşkilatçıları məhkəmə islahatlarının dayandırılması ilə bağlı dərc olunan xəbərlərə inanmayıblar və Netanyahu kabinetinin qanunvericilik prosesini davam etdirmək qərarından imtina etdiyini qəbul etməyiblər.
Qeyd edək ki, hər həftənin şənbə günləri işğal olunmuş Fələstinin müxtəlif şəhərlərində sionistlərin etirazları davam edir. Bu nümayiş artıq ardıcıl 24-cü həftəyə daxil olub.
Rəy