Brüsseldə ABŞ və sionist rejim müdafiə nazirləri görüşdü
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ və sionist rejimin müdafiə nazirləri Brüsseldə keçirilən NATO sammiti çərçivəsində bir araya gələrək İranı müzakirə ediblər.
İyunun 15-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində sionist rejimin müdafiə naziri Yoaf Qallant ilə görüşüb və müzakirə edib. Belçikaya səfərindən əvvəl Qallant Ostin ilə görüşəcəyini və onunla İranı müzakirə edəcəyini gözlədiyini söyləmişdir.
Ostinlə görüşündə Qallant bəyan edib ki, İran Suriya, Livan, Qəzza və İordan çayının qərb sahilindəki vasitəçi qüvvələri ilə sionist rejimə hücumu simulyasiya edir.
İbranidilli KİV-lərin məlumatına görə, iki tərəf bu görüşdə İrandan gələn geniş spektrli təhdidlərə, o cümlədən İranın nüvə proqramına, eləcə də regional sabitliyi pozan fəaliyyətlərinə, dronların artmasına, Yaxın Şərqə və Rusiyaya ölümcül yardımların göstərilməsi ilə mübarizə aparmaq üçün bir-biri ilə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Bu sözlər sionist rejimin Qərbi Asiya regionunda nüvə silahının yeganə sahibi hesab edildiyi, lakin İran İslam Respublikasını bu silahları əldə etməyə çalışmaqda ittiham etdiyi bir vaxtda dərc olunur. Lakin İran İslam Respublikası rəsmiləri bu iddiaları qəti şəkildə təkzib edib və İmam Xamenei də atom bombalarından istifadənin qəti qadağan olduğunu bildirib.
Rəy