Türkiyə Hərbi Hava Qüvvələrinin Suriyaya endirdiyi zərbələr nəticəsində onlarla Suriya ordusu, SDQ və dinc sakin ölüb və yaralanıb + VİDEO

Cümə 16 İyun 2023 - 18:03
https://az.iswnews.com/?p=23113

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Suriyanın şimalına artilleriya və dron hücumu nəticəsində onlarla Suriya Demokratik Qüvvəsi, Suriya Ordusu hərbçisi və Suriya vətəndaşı həlak olub və yaralanıb.

Türkiyə Ordusu ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında yeni gərginlik iyunun 11-dən başlayıb. Həmin gün Türkiyə Ordusunun dronları Hələb şəhərindən 5 kilometr şimalda yerləşən ərazini hədəfə alıb və bu zaman Suriya Demokratik Qüvvələrinin (SDQ) 3 üzvü ölüb, daha ikisi isə yaralanıb. Bu hücumdan bir neçə saat sonra SDQ qüvvələri Hələb vilayətinin Kəlcəbrin bölgəsindəki Türkiyə Ordusu bazasına və Türkiyənin cənub-şərqindəki Kilis vilayətinin Öncüpınar sərhəd-keçid məntəqəsinə raket zərbələri endirib.

Sonrakı günlərdə Suriya Demokratik Qüvvələrinə yaxın medialar Türkiyə Ordusunun Hələbin şimal ətrafında Mənbic, Təll-Rəəfət, eləcə də Afrinin cənub bölgələrinə 14 dron və artilleriya hücumu həyata keçirib.

Türkiyənin Suriyanın şimalına hücumlarından sonra Suriya Demokratik Qüvvələrinin mövqeləri və onların Suriya Ordusu ilə birgə qərargahı da hədəfə alınıb. Suriya Ordusu, Türkiyə Ordusu və ona bağlı qüvvələrin hər hansı yeni quru əməliyyatlarının qarşısını almaq üçün SDQ qüvvələrinin nəzarətində olan ərazilərdə mövcuddur.

Yerli mənbələrin məlumatına görə, iyunun 15-nə kimi 11-i Suriya Demokratik Qüvvələrinin üzvü, 9-u Suriya əsgəri və bir mülki şəxs olmaqla, 21 nəfər həlak olub. Həmçinin, 6 Suriya əsgəri, 5 SDQ qüvvəsi və ikisi uşaq olmaqla 9 mülki şəxs yaralanıb.

Bu arada Suriya İnsan Haqları Müşahidə Qrupu iyunun 14-ü və 15-də Türkiyənin Suriyanın şimalına 7 dron zərbəsi endirdiyini qeyd edib. Bu qrupa görə, bu hücumlar nəticəsində 4-ü cəbhə komandiri olmaqla, 6 Suriya əsgəri və 10 SDQ qüvvəsi həlak olub.

İyunun 15-də Türkiyənin Müdafiə Nazirliyi Türkiyə Ordusunun Suriyanın şimal bölgələrinə hücumları nəticəsində Suriya Demokratik Qüvvələrinin 57 üzvünün həlak olduğunu açıqlayıb.

Bu ana qədər Suriya Ordusunun yüksək rütbəli komandirləri və Müdafiə Nazirliyi bununla bağlı açıqlama verməyib və Türkiyənin bu ölkənin şimalına son hücumları zamanı itkilərin sayını açıqlamayıblar.

Qeyd edək ki, iyunun 12-də Hələb əyalətində yerləşən Təll-Rəəfət şəhəri yaxınlığında, Harbul – Umm-Havş yolunda Rusiya hərbi polisinə məxsus avtomobil hücuma məruz qalmış, nəticədə bir rus əsgəri həlak olmuşdur. Daha bir neçə nəfər yaralanmışdır. Yerli mənbələr hücumun Türkiyə dronları tərəfindən həyata keçirildiyini bildirsə də, bəzi Rusiya mediaları Rusiya hərbi polis maşınının yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində zədələndiyini iddia edib.

Daha çox oxuyun: Türkiyə Hələbin şimalında rus hərbçilərini dron hücumu ilə hədəfə alıb + FOTO və VİDEO

Hələbin şimal ətrafında gərginliyin artması Rusiya, Türkiyə, İran və Suriyadan olan yüksək səviyyəli diplomatların gələn həftə Ankara və Dəməşq arasında normallaşma prosesini müzakirə etmək üçün Astanada görüşməyə hazırlaşdıqları vaxta təsadüf edir.

Videonu Türkiyə Müdafiə Nazirliyi yayıb
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir