Amerika Qərbi Asiyada öz F-22 qırıcılarını yerləşdirdi + FOTO

Cümə 16 İyun 2023 - 17:22
https://az.iswnews.com/?p=23100

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ-ın Qərbi Asiyadakı terror qərargahı bu ölkənin F-22 Raptor qırıcılarını CENTCOM komandanlığının məsuliyyəti bölgəsində Rusiya qırıcılarına qarşı mübarizə bəhanəsi ilə yerləşdirdiyini elan edib.

ABŞ-ın Qərbi Asiyadakı Terror Qərargahı (CENTCOM) iyunun 14-də verdiyi açıqlamada Rusiya qırıcılarının Qərbi Asiyada təhlükəli uçuşu məsələsini gündəmə gətirərkən qabaqcıl F-22 Raptor qırıcılarının bölgəyə yerləşdirildiyini elan etdi.

CENTCOM-un bəyanatında deyilir: “ABŞ Hərbi Hava Qüvvələri Rusiya qırıcılarının bölgədəki təhlükəli və qeyri-peşəkar davranışından sonra bu ölkənin gücünü dəstəkləmək çərçivəsində bu qırıcıları öz məsuliyyəti zonasında yerləşdirib”.

Bununla bağlı CENTCOM komandiri general Maykl Kurila da bildirib: “Rusiya Hərbi Hava Qüvvələrinin təhlükəli və qeyri-peşəkar davranışı bizim peşəkar Hərbi Hava Qüvvələrindən gözlədiyimiz şey deyil. Müqavilələrin müntəzəm pozulması səhv hesablama riskini artırır”.

CENTCOM bu qırıcıların dəqiq yerini qeyd etməyib, lakin adətən ABŞ F-22 qırıcılarını BƏƏ-də yerləşdirir. Həmçinin bəzi regional mənbələr bu qırıcıların Suriyada yerləşdirildiyini iddia etsə də, hələlik bununla bağlı etibarlı sənədlər və məlumatlar dərc olunmayıb.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin yüksək rütbəli komandirlərindən biri olan Aleks Qrinkeviç bir müddət əvvəl Rusiya təyyarələrinin məlumat toplamaq üçün Amerika bazaları üzərində uçduğunu, Suriyada Rusiya ilə amerikalı qırıcılar arasında təqib və qarşıdurma olduğunu açıqlamışdı. Amerikalılar qorxurlar ki, ruslar Amerikanın qərargah və bazalarından topladığı məlumatları iranlılara və Amerikanın regiondakı düşmənlərinə çatdırsın.

CENTCOM-un bəyanatı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir