Suriyada Rusiya Barışıq Mərkəzi İsrailin Dəməşqə son hücumunun təfərrüatlarını açıqlayıb

Cümə 16 İyun 2023 - 17:09
https://az.iswnews.com/?p=23097

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyadakı Rusiya Barışıq Mərkəzinin sədri İsrailin Dəməşq ətrafına son hava hücumuna toxunaraq, bu hücum nəticəsində iki anbarın zərər gördüyünü bildirib.

Suriyadakı Rusiya Barışıq Mərkəzinin sədri admiral Oleq Juravlov iyunun 14-də bildirib ki, çərşənbə günü səhər Dəməşq ətrafındakı hədəflərə hava hücumu iki İsrail qırıcı təyyarəsi tərəfindən həyata keçirilib.

Juravlovun sözlərinə görə, iyunun 14-də yerli vaxtla saat 01:06-da İsrailə məxsus iki F-15 qırıcısı işğal altındakı Qolan hava məkanından Dəməşq şəhəri ətrafındakı hədəfləri hədəfə alaraq 4 idarə olunan raket atıb. Suriya Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya hava hücumundan müdafiə sistemlərindən istifadə edərək bir raketi vurub. Nəticədə iki anbara ziyan dəysə də, tələfat olmayıb.

Bu açıqlama İsrailin Dəməşq ətrafına hücumundan bir neçə dəqiqə sonra suriyalı hərbi mənbə açıqlama verərkən yayımlanıb. O, bildirmişdir: “Bu hücum bir suriyalı əsgərin yaralanması və maddi ziyanla nəticələndi”.

Daha çox oxuyun: İsrail aviasiyası Dəməşqin ətrafına hücum edib + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir