Cənub Keçid Şurasının sədr müavini Fərəc Əl-Bəhsani istefa verdi
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin Cənub Keçid Şurasının sədr müavini Fərəc Salimin Əl-Bəhsani bu şuradakı vəzifəsindən istefa verdi.
Yerli mənbələrin məlumatına görə, Yəmənin Cənub Keçid Şurasının sədr müavini Fərəc Salimin Əl-Bəhsani bu şuradakı vəzifəsindən istefa verib, lakin şura üzvləri onun bu qərarına qarşıdır və onun fikrini dəyişməyə çalışır. Bununla bağlı Cənub Keçid Şurasının nəzdindəki bəzi xəbər mənbələri Əl-Bəhsaninin istefası xəbərini təkzib ediblər.
Əl-Bəhsani Həzərmut vilayətinin keçmiş qubernatoru olub. İstefa vermiş hökumətin prezident şurasına üzv olduğuna görə bu əyalətdə güclü bir şəxs hesab olunur. Onun Cənub Keçid Şurasından istefa verməsi cənubluların Həzərmut əyalətindəki gücü və nüfuzuna böyük zərbə vuracaq.
Daha çox oxuyun: Mənsur Hadi sonuncu dəfə istefa verdi!
Rəy