Ukrayna qüvvələri Zaporojyanın cənubunda irəliləyib + XƏRİTƏ

Çərşənbə 14 İyun 2023 - 22:32
https://az.iswnews.com/?p=23033

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ukrayna ordusu Zaporojya vilayətinin Novadaryuka və Levadne kəndlərini geri almağa müvəffəq olub.

Ukrayna ordusunun Ukraynanın cənub vilayətlərində əməliyyatına başlamasından bir neçə gün keçdikdən sonra Zaporojya və Donetsk cəbhəsində Rusiya ordusunun müdafiə xəttini darmadağın etmək üçün ağır toqquşmalar davam edir. Bu cəbhənin son dəyişikliyində Ukrayna qüvvələri Zaporojya vilayətinin Novadaryuka və Levadne kəndlərinə nəzarət etməyə nail olub və hücumlarını Rivnopil kəndinə yönəldib.

Velyka Novasilkanın cənub cəbhəsində rusların əks hücumu Ukrayna ordusunun Makarivka kəndindən geri çəkilməsinə səbəb olub və bu cəbhədə münaqişə davam edir.

Bildirilir ki, ruslar Ukrayna qüvvələrinin irəliləməsinin qarşısını almaq üçün Mokri-Yala çayının bəndini partladıblar.
Bu ərazilərdə ukraynalıların addımları Rusiya ordusunun ağır artilleriya hücumlarına məruz qalır və ruslar bütün gücləri ilə Ukraynanın mümkün hücumlarının yaranmasının qarşısını almağa çalışırlar.

Daha çox oxuyun: Ukrayna ordusunun cənub cəbhələrinə hücumu başlayıb; Rusiya kimyəvi hücuma keçəcək?

Xəritə: Cənub cəbhəsində Rusiya və Ukrayna qüvvələri arasında son münaqişə vəziyyəti / Sarı: Ukrayna ordusu, Qırmızı: Rusiya ordusu, Göy: DXR və LXR qüvvələri
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir