Küveyt Türkiyənin Bayraktar dronlarının yeni müştərisidir!

Çərşənbə 14 İyun 2023 - 20:07
https://az.iswnews.com/?p=23026

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Küveyt ordusu Türkiyə ilə Bayraktar dronlarının alınması üçün 367 milyon dollarlıq müqavilə imzaladığını açıqlayıb.

İyunun 13-də Küveyt ordusu Türkiyə ilə Bayraktar dronlarının alınması üçün 367 milyon dollarlıq müqavilə bağladığını açıqlayıb. Küveytin Müdafiə Nazirliyi də bu xəbəri təsdiqləyən bəyanatda bildirib: “Tərəflər bununla bağlı birbaşa və vasitəçisiz danışıqlar aparıb”. Bu bəyanata görə, bu müqavilənin imzalanmasında məqsəd Küveyt ordusunun müdafiə qabiliyyətini gücləndirməkdir.

Bu müqaviləyə dron vasitələrinin, mobil yerüstü idarəetmə stansiyalarının təchiz edilməsi, texniki xidmət və maddi-texniki dəstək, avadanlıq təchizatı, uçuş heyətinin və texniki personalın təlimi, qabaqcıl texniki məlumatların və yenilənmə sistemlərinin təmin edilməsi, üç il müddətinə simulyasiya və texniki dəstək sisteminin qurulması daxildir.

Qeyd edək ki, Bayraktar dronları 2019-cu ilin iyul ayında Küveyt hərbçiləri tərəfindən sınaqdan keçirilib və Küveyt Müdafiə Nazirliyinin məlumatına görə, bu dron yüksək hava istiliyi, külək və qum fırtınaları kimi sərt hava şəraitində 27 saat və 3 dəqiqə fasiləsiz uçuş rekorduna malikdir.

Türkiyənin Bayraktar dronları ilə bağlı iddialarına və geniş təbliğatına baxmayaraq, bu dronun Ukrayna ilə Rusiya arasındakı müharibədə göstərdiyi performans Bayraktarın qabaqcıl müdafiə sistemlərinə qarşı heç bir şansının olmadığını göstərdi və bu dron praktiki olaraq heç bir müdafiə sistemindən sağ çıxmayıb!
Bundan əvvəl Ukrayna Müdafiə Şirkətləri Assosiasiyasının rəhbəri etiraf etmişdi ki, Türkiyə dronları hava hücumundan müdafiə sistemlərinə qarşı hədsiz zəifliyə görə döyüş effektivliyinə malik deyil.

Daha çox oxuyun: Ukrayna səmasından Bayraktar dronları yoxa çıxıb!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir