Rusiya Ukrayna şəhərlərinə raket və dronlarla hücum edib + FOTO və VİDEO

Çərşənbə axşamı 13 İyun 2023 - 16:42
https://az.iswnews.com/?p=22986

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya ordusu bu gün səhər Xarkov, Ternopil və Kryvyi Rih şəhərlərində Ukrayna qüvvələrinin mövqelərinə bir neçə qanadlı raket və Şahid 136 və ya 131 kamikadze dronları ilə hücum edib.

Rusiya ordusu bu gün 13 iyun tarixində səhər saatlarında Xarkov, Ternopil və Kryvyi Rih şəhərlərində Ukrayna qüvvələrinin mövqelərinə bir neçə qanadlı raket və Şahid 136 və ya 131 kamikadze dronu ilə hücum edib.

Ukrayna Ordusunun Komanda qərargahının məlumatına görə, bu hücumda ruslar 8 ədəd Tupolev 95 strateji bombardmançı təyyarəsindən istifadə etməklə Xəzər dənizindən Ukraynanın cənub şəhərlərinə doğru 14 ədəd Xa-101 və Xa-55 raketi atıb. Həmçinin, Ukrayna qüvvələrinin mövqelərinə dörd Şahid 136 və ya 131 kamikadze dronu vurulub və Ukrayna müdafiəsi bu dronlardan birini və 10 qanadlı raketi vurduğunu iddia edib.

Bu xəbərə baxmayaraq, Rusiyanın qanadlı raketlərindən birinin Kryvyi Rih şəhərini vurması nəticəsində 6 nəfər ölüb, 25 nəfər yaralanıb. Həmçinin yerli mənbələr raketlərin və ya dronların uçuşunun və Xarkovda bir neçə partlayışın baş verməsinin videolarını yayımlayıb.

Daha çox oxuyun: Rusiya ordusunun Ukraynaya kütləvi hücumu; Ukrayna ordusu 67 raket və dronu məhv etdiyini iddia etdi! + VİDEO və FOTO

Rusiya ordusunun Ukraynaya etdiyi hücumların cəhətləri / Tam ölçüdə baxmaq üçün klikləyin
Xarkov şəhərində rus kamikadze dronunun uçuşu və zərbə vurması anı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir