Əl-Colani Suriya ordusuna qarşı hərbi qarşıdurmaların artması və Hələb ilə bağlı çıxış edib!
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Təhrir Əş-Şam terror qruplaşmasının lideri keçirdiyi konfransda Suriyanın Ərəb Liqasına qayıtmasına toxunaraq, Hələbdə qarşıdakı iki ildə döyüş taktikasının dəyişdiriləcəyini açıqlayıb və bəzi digər məsələlər barədə çıxış edib.
Siyasi analitiklər və hərbi ekspertlər Təhrir Əş-Şam (keçmiş Cəbhət Ən-Nüsra) terror qruplaşmasının lideri Əbu Məhəmməd Əl-Colaninin son çıxışını öz mövcudluqlarını göstərmək ilə əlaqələndirib və bu sözləri onun zəif mövqeyi ilə bağlı olduğunu elan ediblər.
Mayın 27-də Hələbli qaçqınların iştirakı ilə İdlibdə keçirilən konfransda Əl-Colani bildirib: “Hələb Dəməşqin darvazasıdır və bir-iki il ərzində ciddi diqqət mərkəzi olacaq”.
Əl-Colani həmçinin bir ay əvvəl İdlib qəbilələrinin rəhbərləri ilə görüşdə bəyan etmişdi: “Təhrir Əş-Şam zəif deyil və döyüşü və müharibə tənliyini dəyişdirmək gücünə malikdir”.
Təhrir Əş-Şam qruplaşması liderinin dediyi sözlər, Suriyada ciddi hərbi və siyasi proseslərin, o cümlədən Dəməşqin Ərəb Liqasına qayıtması və ərəblərin Suriya ilə əlaqələrinin normallaşması, habelə Rusiyanın Dəməşq və Ankara arasında münasibətlərin normallaşmasına vasitəçilik etməsi üçün davamlı səyləri zamanı açıqlanır.
İyunun əvvəlindən Suriyanın şimal-qərb bölgələri Təhrir Əş-Şam terror qruplaşması ilə Suriya Ordusu arasında hərbi qarşıdurmaların kəskinləşməsinin şahidi olub. Bu münaqişələrin fonunda rus qırıcıları da aylar sonra bu ərazilərdə Təhrir Əş-Şam terrorçularının mövqelərinə qarşı hava hücumlarını artırıb.
Suriyalı hərbi ekspert, briqada generalı Əhməd Ər-Rahl bu barədə bildirib: “Əl-Colaninin Hələb və döyüşlər haqqında söylədiyi hər şey ictimai rəyi yayındırmaq və güc nümayiş etdirmək cəhdi üçündür. Əl-Colaninin Suriya Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Əli Məmlük və Suriya Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Hisam Luqa və Rusiya hərbi kəşfiyyat nümayəndələri ilə görüşüb koordinasiya etdiyi barədə təsdiqlənmiş məlumatlar var. O, Həm də Rusiya ilə Türkiyə arasındakı anlaşmalardan xəbərsiz deyil”.
O əlavə edib: “Əl-Colani planların dəyişdiyini və onun bölgədən çıxarılması üçün əvvəlki koordinasiya və razılaşmalar əsasında İdlib və Hələbin bəzi bölgələri ilə birlikdə sərhəd keçid məntəqələrinin Suriya hökumətinə verilə biləcəyini dərk edib”.
Bu hərbi ekspert vurğuladı: “Əl-Colani özünü regionun atası kimi təqdim etmək istəyir və özünü sanki mühüm qərar qəbul edən şəxs və bütün regionda koordinasiya sükanına nəzarət edən biri kimi aparır”.
Əl-Rahl bildirib: “Döyüşlər və planların dəyişdirilməsi Rusiya və Türkiyənin əlindədir və Əl-Colani birtərəfli addım ata bilməz. O, Rusiyaya qarşı döyüşə başlayacağı an onun sonu olduğunu bilir”.
Suriyalı analitik Hisam Əl-Bəram da bu barədə belə deyir: “Əl-Colaninin çıxışının və Türkiyənin Hələblə bağlı verdiyi mesajların məqsədi aydındır. Belə ki, məqsəd, suriyalı qaçqınların, onların nəzarəti və qüdrətləri altında olan bölgələrə qayıtması, ərazilərini genişləndirmək və yeni ərazilərə nəzarət etmək, həmin əraziləri iqtisadi mərkəzə çevirmək, bundan istifadə edərək, Suriya hökumətinə təzyiq göstərmək və Dəməşq rəsmiləri ilə danışıqlar prosesində mövqelərini qoruyub saxlamaqdır”.
Rəy