Türkiyə Hələbin şimalında rus hərbçilərini dron hücumu ilə hədəfə alıb + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Ordusuna aid dronların Suriyanın Hələb vilayətində yerləşən Təl-Rəəfət şəhəri ətrafında Rusiya hərbi polis maşınına hücumu nəticəsində bir rus əsgəri həlak olub, bir neçə nəfər isə yaralanıb.
Bu gün iyunun 12-də Türkiyə Ordusunun dronları Hələb vilayətində yerləşən Təl-Rəəfət şəhəri ətrafında Harbul – Um-Havş yolunda Rusiya hərbi polisinə məxsus avtomobili hədəfə alıb.
Türkiyə dronlarının hücumundan sonra Rusiya ordusuna məxsus helikopterlər hadisə yeri və ətraf ərazilər üzərində uçuşlar həyata keçirib. Yerli mənbələrin məlumatına görə, bu hücum nəticəsində azı bir rus əsgəri həlak olub, bir neçəsi isə yaralanıb.
Hələlik bununla bağlı əlavə təfərrüatlar dərc olunmayıb və Türkiyə, Rusiya və Suriyanın yüksək vəzifəli rəsmiləri bu məsələyə münasibət bildirməyiblər.
Təl-Rəəfət şəhəri və onun ətrafındakı digər kəndlər və Şahba bölgəsi kimi tanınan ərazilər, Türkiyə ordusu və onun dəstəklədiyi terrorçuların demək olar ki, hər gün artilleriya və dron hücumlarına şahid olur.
Qeyd edək ki, iyunun 10-da Türkiyə Ordusunun dronları Suriyanın Hələb əyalətində yerləşən Təl-Rəəfət şəhəri yaxınlığındakı Marate kəndi yaxınlığında Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus avtomobili hədəfə almışdır. Bu hücum zamanı SDQ qüvvələrinin üçü öldürülmüş, ikisi isə yaralanmışdır.
Rəy